• $ 1.7
  • € 1.9977
  • ₽ 0.021379
  • ₺ 0.0398
  • £ 2.2726

Prokuror Nazim Bəydəmirliyinin 9 il həbs olunmasını istəyir

Prokuror Nazim Bəydəmirliyinin 9 il həbs olunmasını istəyir
16.09.2024 17:44
Bakı Ağır Cinayətlər məhkəməsində prokuror sabiq deputat, iş adamı Nazir Bəydəmirliyə 9 il həbs cəzası verilməsini istəyib. Bu barədə report məlumat verib. 
 
Bildirilib ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
 
 Bəydəmirli 2023-cü ilin iyulunda həbs olunub.

O, 2024-cü ilin fevralında  barəsində elan edilən cinayət işinə xitam verilməsi üçün prezidentə müraciət edib.  Nazim Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur. İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu müddət daha sonra  3 ay uzadılıb. 
 
Nazim Bəydəmirli və müdafiəçiləri onun həbsini Gədəbəyin Söyüdlü kəndində baş vermiş olaylarla bağlayır. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Cinayət işinin materiallarına görə, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edib, ondan 50 min manat pul istəyib. 
 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanacaqdoldurma məntəqəsinə çırpılıb
Cəmiyyət 21:09
Bakıda avtomobil yanacaqdoldurma məntəqəsinə çırpılıb
Bakıda şadlıq sarayında camış əti dana əti adı ilə təqdim edilib - AQTA
Cəmiyyət 18:45
Bakıda şadlıq sarayında camış əti dana əti adı ilə təqdim edilib - AQTA
Bakıda mağazalardan oğurluq edilib
Cəmiyyət 18:05
Bakıda mağazalardan oğurluq edilib
Azərbaycan Butanı Milli Günü münasibətilə təbrik edib
Cəmiyyət 17:53
Azərbaycan Butanı Milli Günü münasibətilə təbrik edib
Culfada elektrik enerjisində üç saatlıq fasilə olacaq
Cəmiyyət 17:29
Culfada elektrik enerjisində üç saatlıq fasilə olacaq
Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planı təsdiqlənib
Cəmiyyət 17:10
Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planı təsdiqlənib
“Bibiheybət” Gəmi Təmir Zavodu bağlanığı üçün işçilər etiraz edir - Video
Cəmiyyət 16:59
“Bibiheybət” Gəmi Təmir Zavodu bağlanığı üçün işçilər etiraz edir - Video
“Nar” regionlarda peşəkar kadr hazırlığına dəstək olur
Cəmiyyət 16:29
“Nar” regionlarda peşəkar kadr hazırlığına dəstək olur
Gön-dərinin toplanması ilə bağlı çətinliklər var
Cəmiyyət 16:11
Gön-dərinin toplanması ilə bağlı çətinliklər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol