• $
  • £

Azərbaycanla İraqın ticarət dövriyyəsində 49% artım qeydə alınıb

Azərbaycanla İraqın ticarət dövriyyəsində 49%  artım qeydə alınıb
17.09.2024 15:05
2024-cü ilin yeddi ayında Azərbaycanla İraqın ticarət dövriyyəsində 49% artım qeydə alınıb. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Azərbaycan-İraq biznes forumunda bildirib. 
 
Hazırda Azərbaycanda İraqın 170 şirkəti fəaliyyət göstərir. 
 
Nazir söyləyib ki, yaxın günlərdə iki ölkə arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə olunacaq.
 
"Ələt Azad İqtisadi Zonası  investorları cəlb etməklə yüksək əlavə dəyərli, ixracyönümlü məhsul və xidmətlər istehsalını təşkil etməyə, Azərbaycanın tranzit imkanlarını genişləndirməyə, yükdaşımaları artırmağa başlayıb", - Cabbarov deyib. 

2023-cü il noyabrın 20-də  İraq Prezidenti Əbdül Lətif Rəşid Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı ticarət və enerji, viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub.

Ölkələr arasında 5 sənəd, o cümlədən Ticarət, İqtisadiyyat, Elm, Texnologiya və Mədəniyyət sahələrində əməkdaşlıq haqqında Saziş (10 noyabr 2010-cu il) və Hava əlaqəsi haqqında Saziş (20 noyabr 2023-cü il) imzalanıb.

2023-cü ilin sonunda iki ölkə arasında ticarət dövriyyəsi 19,6 milyon ABŞ dolları təşkil edib. Azərbaycan İraqdan bitki və heyvan mənşəli yağ və piylər, şəkər, kağız, karton, karton məmulatları, kakao alır.

Bakı-Bağdad reysləri 2023-cü ilin noyabr ayından həyata keçirilir.
 
2024-cü il fevralın 2-dən Bakı - Kərkük marşrutu üzrə uçuşlar başlayıb. Uçuşlar İraq Hava Yolları tərəfindən həyata keçirilir. Həmçinin Bakıdan Ərbil və Bəsrəyə uçuşların başlanması planlaşdırılır.
 
Gülnar Nazimqızı


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol