• $
  • £

İraqda Azərbaycanın Ticarət Evi açılacaq

İraqda Azərbaycanın Ticarət Evi açılacaq
17.09.2024 15:45
İraqda Azərbaycanın Ticarət Evinin açılması planlaşdırılır. Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq biznes forumunda deyib.

O, həmçinin qeyd edib ki, gələn il Azərbaycandan ticarət və ixrac missiyası İraqa səfər edəcək.

Azərbaycan-İraq biznes forumunda Azərbaycandan 50-yə yaxın, İraqdan isə 15 şirkət iştirak edir.

Abdullayev İraq şirkətlərini noyabrın 14-də Bakıda COP29 çərçivəsində investorlar üçün keçiriləcək tədbirlərdə iştirak etməyə dəvət edib.
 
KOBİA-nın sədri Orxan Məmmədov bildirib ki, ticarət evinin açılması Azərbaycan məhsullarını İraq bazarına ixracını artıracaq.
 


"KOBİA olaraq Azərbaycan məhsullarını İraq bazarına ixrac məsələsinin genişləndirilməsini, eləcə də müxtəlif çeşidli yerli məhsulların daha geniş istehlakçı auditoriyasına çatdırılması məqsədilə İraqda ticarət evinin açılması əhəmiyyətlidir.  Bu platforma gələcəkdə ticarət dövrüyyəsinin dinamikasına müsbət təsir edəcək", -Məmmədov bildirib.

2024-cü ilin yeddi ayında Azərbaycanla İraqın ticarət dövriyyəsində 49% artım qeydə alınıb.

2023-cü il noyabrın 20-də  İraq Prezidenti Əbdül Lətif Rəşid Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı ticarət və enerji, viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub.

Ölkələr arasında 5 sənəd, o cümlədən Ticarət, İqtisadiyyat, Elm, Texnologiya və Mədəniyyət sahələrində əməkdaşlıq haqqında Saziş (10 noyabr 2010-cu il) və Hava əlaqəsi haqqında Saziş (20 noyabr 2023-cü il) imzalanıb.

2023-cü ilin sonunda iki ölkə arasında ticarət dövriyyəsi 19,6 milyon ABŞ dolları təşkil edib. Azərbaycan İraqdan bitki və heyvan mənşəli yağ və piylər, şəkər, kağız, karton, karton məmulatları, kakao alır.

Bakı-Bağdad reysləri 2023-cü ilin noyabr ayından həyata keçirilir.
 
2024-cü il fevralın 2-dən Bakı - Kərkük marşrutu üzrə uçuşlar başlayıb. Uçuşlar İraq Hava Yolları tərəfindən həyata keçirilir. Həmçinin Bakıdan Ərbil və Bəsrəyə uçuşların başlanması planlaşdırılır.

 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol