• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

Azərbaycan İraq şirkətlərini işğaldan azad edilən ərazilərdə işləməyə çağırıb

Azərbaycan İraq şirkətlərini işğaldan azad edilən ərazilərdə işləməyə çağırıb
17.09.2024 15:57
Azərbaycan İraq şirkətlərini işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələrdə iştirak etməyə dəvət edib. Bunu çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan-İraq biznes forumu zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Biz işğaldan azad edilən, əlverişli investisiya mühitinin yaradıldığı ərazilərin inkişafına özəl investisiyaların cəlb edilməsini fəal şəkildə təşviq edirik", - nazir qeyd edib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələrə kapital qoyuluşlarının cəlbediciliyini artırmaq məqsədilə Azərbaycanda 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə güzəştlər tətbiq edilib.

"2023-cü ilin əvvəlindən 10 il müddətinə avadanlıq, texnoloji avadanlıq və cihazlar, o cümlədən xammal və materiallar ƏDV və idxal gömrük rüsumlarından azad edilib. Hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri də vergidən azad edilib", - Cabbarov əlavə edib. 

O, Bakıda keçirilən biznes forumun hər iki ölkənin iş adamları arasında ticari-iqtisadi əməkdaşlığın möhkəmlənməsinə səbəb olacağına əminliyini ifadə edib. 

Forumun sonunda Azərbaycan-Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İraq Ticarət Palatalar Federasiyası arasında Azərbaycan-İraq Biznes Şuranın yaradılması haqqında razılaşma imzalanıb. Sənədi  KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İraq Ticarət Palatalar Federasiyasının prezidenti Abdulrazaq Al-Zuheyri imzalayıb.

 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol