• $
  • £

FMO Bank Respublika əməkdaşları üçün yaşıl maliyyə mövzusunda iki günlük seminar keçirdi

FMO Bank Respublika əməkdaşları üçün yaşıl maliyyə mövzusunda iki günlük seminar keçirdi
18.09.2024 10:17
Bank Respublika "Yaşıl Dünya üçün Həmrəylik İli” çərçivəsində növbəti tədbirini keçirdi
 
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, "Yaşıl Dünya üçün Həmrəylik İli” çərçivəsində silsilə tədbirləri davam etdirir.
 
Belə ki, Niderland İnkişaf Bankı (FMO) ilə əməkdaşlıq çərçivəsində təşkilatın ekspertləri tərəfindən "Bank Respublika”nın əməkdaşları üçün yaşıl maliyyə mövzusunda iki günlük seminar keçirilib.
 
Seminar zamanı FMO-nun ekspertləri yaşıl maliyyə layihələrinin həyata keçirilməsi üzrə təcrübələrini bölüşüb, bank sferasında bu sahənin inkişaf perspektivlərini müzakirə ediblər. İştirakçılar yaşıl layihələrin dəstəklənməsi üçün müasir alətlər və mexanizmlər, eləcə də onların Azərbaycanın maliyyə sektorunun inkişafındakı rolunu nəzərdən keçiriblər.
 
Yaşıl maliyyə bu gün sosial və ekoloji landştafı yaxşılaşdıran təşəbbüsləri dəstəkləməyə yönəlmiş bir sıra tədbirləri və alətləri əhatə edir. Bu konsepsiyaya əsasən banklar və maliyyə institutları davamlı inkişafın təşviqində əsas rol oynayır.
 
Seminar gələcəkdə "Bank Respublika”nın fəaliyyətində eləcə də bütövlükdə Azərbaycanın maliyyə bazarında ekoloji cəhətdən məsuliyyətli həllərin tətbiqinə yönəlmiş bilik və təcrübə mübadiləsində mühüm addım olmuşdur.
 
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol