• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Azərbaycanın nümayəndə heyəti BMT-nin Gələcək Sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin Gələcək Sammitində iştirak edir
22.09.2024 18:20
Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 79-cu sesssiyasının "Yüksək Səviyyəli Həftə”si öz işinə başlayıb.

"Report” xəbər verir ki, BMT-yə üzv 193 ölkədən ölkə liderlərini, dövlət və hökümət nümayəndələrini bir araya gətirən ənənəni həftənin ilk iki günündə Gələcək naminə Sammitin (Summit for the Future) açılışı olub.
Zirvə BMT-nin Baş katibi Antoniu Quterriş və BMT Baş Assambleyasının 79-cu sessiyasının sədri Fliemon Yanqın (Philemon Yang) sədrliyi ilə baş tutub.

Toplantıda qlobal əməkdaşlığı gücləndirmək və cari çağırışlara səmərəli uyğunlaşma yolları, dünya miqyasında bəşəriyyətin tərəqqisinə təkan vermək məqsədi daşıyan Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olma yolları, nüvə silahlarından istifadənin qarşısının alınması və qlobal güclərin həmrəliyi əsas müzakirə mövzusudur.

Sammitdə Azərbaycanın nümayəndə heyəti də iştirak edir.

"Gələcək Sammiti Gələcək naminə Paktının qəbulu ilə yenicə başlayıb. Sammit bütün bəşəriyyət və gələcək nəsillər naminə iqlim böhranı da daxil olmaqla, indi və gələcəkdə qarşılaşdığımız problemləri necə idarə edəcəyimizi müzakirə etmək üçün platforma olacaq”, – xarici işlər nazirinin müavini Yalçın Rəfiyev sosial şəbəkədə yazıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol