• $ 1.7
  • € 1.9875
  • ₽ 0.021063
  • ₺ 0.0395
  • £ 2.2958

Azərbaycandakı bəzi dəmiryol stansiyalarında ödənişsiz “Wi-Fi” şəbəkəsi olacaq

Azərbaycandakı bəzi dəmiryol stansiyalarında ödənişsiz “Wi-Fi” şəbəkəsi olacaq
23.09.2024 17:31
Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bir sıra vağzal və stansiyalarda ödənişsiz "Wi-Fi” şəbəkəsi təqdim edəcək.

Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, artıq sərnişinlər Bakı, Koroğlu, Bakıxanov, Sabunçu, Pirşağı, Sumqayıt, Goran, Gəncə, Ağstafa və Qəbələ stansiyalarında bu xidmətdən yararlanaraq gözləmə vaxtını daha səmərəli keçirə bilərlər: "Bundan başqa, ADY sərnişinlərin ölkədaxili səfərlər zamanı internetdən istifadəsini asanlaşdıraraq oktyabr ayından etibarən qatarlarda ödənişsiz "Wi-Fi” şəbəkəsi istifadəyə verir. Səyahət boyu sərnişinlərin əlaqə və əyləncə ehtiyaclarını qarşılayan bu xidmət işgüzar əlaqələr üçün də səyahət rahatlığını və məmnuniyyətini əhəmiyyətli dərəcədə artırır. Sərnişinlər yolda olduqları müddətdə e-poçtlarını yoxlaya, müzakirələrə qoşula və təqdimat hazırlaya bilərlər. Həmçinin sərnişinlər səyahət zamanı onlayn kitabxanalara daxil ola, sevdikləri e-kitabları və bloq yazılarını oxuya bilərlər. Bu, onların səyahət müddətini daha faydalı keçirməsinə kömək edəcək. Hələ ki ödənişsiz "Wi-Fi” şəbəkəsi bir həftə test rejimində çalışacaq".

Bununla yanaşı, xidmətin keyfiyyətli qurulmasını təmin etmək baxımından ADY ölkənin hər 3 mobil operatoru ilə müzakirələri yekunlaşdırıb. Razılaşmaya əsasən, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə monitorinqlər aparılıb və sözügedən marşrutlar üzrə mobil rabitənin dayanıqlı təminatı üçün operator şirkətlər tərəfindən tədbirlər planı həyata keçiriləcək

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Cəmiyyət 14:27
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
BMT 2026-cı ildə Azərbaycanda iqtisadi artımı 2,7% proqnozlaşdırır
Cəmiyyət 14:14
BMT 2026-cı ildə Azərbaycanda iqtisadi artımı 2,7% proqnozlaşdırır
Şura bu kanalları cəzalandırıb
Cəmiyyət 13:58
Şura bu kanalları cəzalandırıb
Bakı-Moskva-Bakı marşrutu üzrə bəzi reyslər ləğv olunub
Cəmiyyət 13:46
Bakı-Moskva-Bakı marşrutu üzrə bəzi reyslər ləğv olunub
Mübariz Mənsimov haqqında yayılan iddialara cavab verib
Cəmiyyət 13:15
Mübariz Mənsimov haqqında yayılan iddialara cavab verib
Sabah Bakıda yağış gözlənilir - Proqnoz
Cəmiyyət 13:10
Sabah Bakıda yağış gözlənilir - Proqnoz
Ağdərəyə ilk dəfə 89 ailə köçürülüb
Cəmiyyət 12:50
Ağdərəyə ilk dəfə 89 ailə köçürülüb
THY İstanbul-Tehran uçuşlarını etirazlar səbəbindən ləğv edib
Cəmiyyət 12:35
THY İstanbul-Tehran uçuşlarını etirazlar səbəbindən ləğv edib
Tacikistan vətəndaşı Azərbaycandan ekstradisiya edilib
Cəmiyyət 12:27
Tacikistan vətəndaşı Azərbaycandan ekstradisiya edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol