• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Qərbi Azərbaycan İcması Mirzoyanın bəyanatını qınayıb

Qərbi Azərbaycan İcması Mirzoyanın bəyanatını qınayıb
26.09.2024 18:37
Biz, Qərbi Azərbaycan İcması olaraq, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qədim Sivilizasiyalar Forumunda verdiyi bəyanatı kəskin şəkildə qınayır və rədd edirik. Nazir Mirzoyan həmin tədbirdə Azərbaycanda "erməni mədəni irsi”nin guya təhlükə altında olduğunu iddia edərək, təxribat xarakterli bəyanat səsləndirmişdir.Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub.

Bildirilib ki, böhtanla dolu bu bəyanat həm də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını hələ də davam etdirdiyini göstərir.

"Ermənistan XİN başçısının "dağlıq qarabağ” ifadəsini işlətməsi, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü ancaq sözdə tanıdığını nümayiş etdirir.
Ermənistanın həm öz ərazisində, həm də vaxtilə işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycan mədəni irsini tamamilə və sistematik şəkildə məhv etdiyini nəzərə alsaq, bu ölkənin hazırda mədəni irs məsələsi ətrafında spekulyasiya aparması riyakarlığın təzahürüdür.
Ermənistan XİN rəhbərinin UNESCO missiyasının göndərilməsi çağırışına gəlincə, vurğulamalıyıq ki, belə bir missiya Azərbaycana deyil, məhz Ermənistana göndərilməlidir. Təəssüf ki, Ermənistanın imtinası səbəbindən hələ də bu ölkəyə UNESCO missiyası baş tutmamışdır.
Biz Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyi, Ermənistandakı Azərbaycan xalqının mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi üçün UNESCO missiyasının bu ölkəyə göndərilməsinə razılıq verməyi və dağıdılmış Azərbaycan abidələrinin bərpası, qorunması və mühafizəsi üçün zəruri tədbirlər görməyi tələb edirik”, - bəyanatda bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol