• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Azərbaycan və İndoneziya diplomatlar üçün viza tələbini ləğv edib

Azərbaycan və İndoneziya diplomatlar üçün viza tələbini ləğv edib
28.09.2024 09:03
27 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İndoneziya Respublikasının xarici işlər naziri Retno Marsudi ilə görüşüb.Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Azərbaycan və İndoneziya arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq məsələləri, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.

Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında əlaqələrin müxtəlif, o cümlədən iqtisadiyyat, nəqliyyat, turizm sahələrində inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

COP29-a sədrliyimiz çərçivəsində irəli sürülən təşəbbüslərdən ətraflı bəhs edən nazir Ceyhun Bayramov, iqlim dəyişikliyi ilə mübarizə sahəsində də İndoneziya ilə əməkdaşlıq etməyə hazır olduğumuzu bildirib.

Daha sonra, nazirlər tərəfindən "Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında” Saziş imzalanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol