• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün giriş vizası tələbini ləğv edir

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün giriş vizası tələbini ləğv edir
28.09.2024 10:57
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələri çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin daha da inkişafından məmnunluq ifadə olunub.

BMT və İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında bir-birinin legitim maraqlarına qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıqdan razılıqla bəhs olunub, Azərbaycanın haqlı mövqeyinə davamlı dəstəyə görə qarşı tərəfə minnətdarlıq bildirilib.

Səudiyyə Ərəbistanının Azərbaycanın bərpaolunan enerji sektorundakı fəaliyyəti yüksək qiymətləndirilib, ölkəmizin cari ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin yaşıl enerji sahəsində Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üçün əlavə imkanlar yarada biləcəyi diqqətə çatdırılıb.

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət və investisiyalar sahələrində mövcud inkişaf imkanlarından hər iki ölkənin rifahı naminə maksimum fayda əldə edilməsi üçün əməkdaşlıq mexanizmi qismində Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın potensialının reallaşdırılması vacibliyinə dair həmfikirlik ifadə olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər tərəfindən "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında qısa müddətli səfər edən diplomatik və xüsusi və xidməti pasportlara malik olan şəxslərin qarşılıqlı giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumu imzalanıb

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Bakıda iki küçə təmir işləri ilə əlaqədar bağlanıb
Cəmiyyət 09:43
Bakıda iki küçə təmir işləri ilə əlaqədar bağlanıb
Bakıda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Cəmiyyət 23:30
Bakıda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Tovuzda avtomobil dərəyə aşdı- Sürücü öldü
Cəmiyyət 20:16
Tovuzda avtomobil dərəyə aşdı- Sürücü öldü

Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir
Cəmiyyət 20:00
Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir

Taksi sürücüsünü soymaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 19:36
Taksi sürücüsünü soymaqda şübhəli bilinən şəxs saxlanılıb

Kür çayında tok aparatı ilə qanunsuz balıq ovlayan 3 nəfər saxlanılıb
Cəmiyyət 19:23
Kür çayında tok aparatı ilə qanunsuz balıq ovlayan 3 nəfər saxlanılıb

Paytaxtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar
Cəmiyyət 17:02
Paytaxtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar
Polis Buzovnada qaya daşlarını zədələyən şəxsi saxlayıb
Cəmiyyət 16:26
Polis Buzovnada qaya daşlarını zədələyən şəxsi saxlayıb
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək, dolu yağacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 16:18
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək, dolu yağacaq - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol