• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

"Azergold" -un mətbuat katibinə yeni vəzifə verilib

02.10.2024 09:46
Ariz Tarverdiyev "AzerGold” QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq departamentinə yeni rəhbər təyin olunub.

Bu barədə dövlət şirkətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Əmr imzalayıb.

Tarverdiyev 2019-cu ildən "AzerGold”da Mətbuat katibi, Mətbuatla iş sektorunun müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışıb.

Sözügedən departament QSC-nin ictimaiyyət və mətbuatla əlaqələr, yerli pərakəndə qiymətli metallar bazarında qızıl və gümüş sikkə, eyni zamanda külçələrin satışı və mübadiləsini, sosial layihələrin icrasını həyata keçirir.

Ariz Tarverdiyev Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistratura pillələri üzrə ali təhsil alıb. "TRT Haber" və "Reuters” media şirkətində təcrübə keçib, 2011-ci ildən "ATV international” televiziya kanalında tərcüməçi və müxbir vəzifələrində çalışıb, "Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasında müxbir, redaktor, aparıcı, layihə rəhbəri vəzifələrini icra edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda benzin istehsalı azalıb
Cəmiyyət 22:00
Azərbaycanda benzin istehsalı azalıb
Dünyanın ən böyük futbol stadionu bu ölkədə tikilir
Cəmiyyət 21:00
Dünyanın ən böyük futbol stadionu bu ölkədə tikilir
“OpenAI” ağıllı cihazlar bazarına girir
Cəmiyyət 20:30
“OpenAI” ağıllı cihazlar bazarına girir
FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edilib
Cəmiyyət 20:00
FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edilib
Alabaşlı-Qızılca dəmir yolunda təmir işləri yaxın vaxtlarda yekunlaşacaq - ADY
Cəmiyyət 19:30
Alabaşlı-Qızılca dəmir yolunda təmir işləri yaxın vaxtlarda yekunlaşacaq - ADY
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanıldı
Cəmiyyət 19:00
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanıldı
Gəncədə avtomobillər toqquşdu
Cəmiyyət 18:30
Gəncədə avtomobillər toqquşdu
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 18:00
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Küləkli hava ilə bağlı xəbərdarlıq edilib
Cəmiyyət 16:47
Küləkli hava ilə bağlı xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol