• $
  • £

“Azerconnect Group”un dəstəyi ilə “Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib

“Azerconnect Group”un dəstəyi ilə “Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib
03.10.2024 21:03
"Azerconnect Group”un dəstəyi ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib. 

Dövlət və özəl sektordan 30-dan çox nümayəndənin qatıldığı tədbirdə süni intellekt və qabaqcıl texnologiyaların iqlim dəyişikliyinin qarşısının alınmasında artan rolu müzakirə edilib.  Azərbaycanın COP29-a sədrliyi çərçivəsində keçirilən dəyirmi masada, həmçinin COP29-un Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsi haqqında məlumat verilib. Bildirilib ki, bu təşəbbüs İKT sektorunda iqlimə müsbət təsir göstərən rəqəmsallaşmanı və emissiyaların azaldılmasını sürətləndirəcək, eyni zamanda, ekoloji təmiz rəqəmsal texnologiyalara əlçatanlığı artıracaq. 
 "Azerconnect Group”un kommersiya üzrə baş müdiri Müşfiq Əliyev tədbirdə çıxışı zamanı şirkətin ətraf mühitin qorunması, enerji səmərəliliyin artırılması, tullantıların idarəedilməsi istiqamətində həyata keçirdiyi uğurlu layihə və təşəbbüslər barədə danışıb.
 
Qeyd olunub ki, yeni texnologiyalar, xüsusi ilə də süni intellekt iqlim dəyişikliyi ilə mübarizədə əsas alətə çevrilir və aktual ekoloji problemlərin həlli üçün innovativ yanaşmalar təklif edir. Vurğulanıb ki, "Azerconnect Group” süni intellekt əsaslı həlləri aktiv şəkildə tətbiq edərək resurslardan daha da səmərəli istifadəni, karbon izini azaltmağı və dayanıqlı inkişafa töhfə verməyi hədəfləyir.

Görüşün sonunda "Azərbaycanda dayanaqlılıq üçün süni intellekt və innovasiya” üzrə bəyannamə imzalanıb. 

Qeyd edək ki, 30 sentyabr - 04 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilib. Tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirib.

"Azerconnect Group” haqqında 

Ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən "Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

"Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Cəmiyyət 22:07
Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
Cəmiyyət 19:04
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
İtkin düşən 88 yaşlı kişi axtarılır
Cəmiyyət 18:28
İtkin düşən 88 yaşlı kişi axtarılır
Gəncədə dərmandan zəhərlənən şəxs ölüb
Cəmiyyət 18:16
Gəncədə dərmandan zəhərlənən şəxs ölüb
Türkiyə səmasında İran raketi zərərsizləşdirilib – Ankara Tehrana çağırış edib
Cəmiyyət 16:36
Türkiyə səmasında İran raketi zərərsizləşdirilib – Ankara Tehrana çağırış edib
Bu gün keçirilən buraxılış imtahanından 9 nəfər xaric edilib - DİM
Cəmiyyət 14:44
Bu gün keçirilən buraxılış imtahanından 9 nəfər xaric edilib - DİM
Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb
Cəmiyyət 13:49
Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb
NetBlocks: İranda internet 10 gündür faktiki olaraq kəsilib
Cəmiyyət 13:26
NetBlocks: İranda internet 10 gündür faktiki olaraq kəsilib
Naxçıvan aeroportunun fəaliyyəti bərpa edilib
Cəmiyyət 13:10
Naxçıvan aeroportunun fəaliyyəti bərpa edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol