• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

Qubada onlarla xırdabuynuzlu heyvan tələf olub

Qubada onlarla xırdabuynuzlu heyvan tələf olub
04.10.2024 16:11
Quba rayonunda xırdabuynuzlu heyvanlar arasında kütləvi tələfat qeydə alınıb.


"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba rayonunun Vəlvələ kəndində yaşayan vətəndaşlara məxsus beş təsərrüfatda baş verib.


Kənddəki təsərrüfat sahibləri bildiriblər ki, heyvanlar hər gün eyni qaydada otlaq sahələrində otarılır, axşam isə tövləyə salınır. Oktyabrın 3-4-də ümumilikdə 30-dan çox xırdabuynuzlu heyvanın tələf olduğu qeydə alınıb. Həmçinin çox sayda qoyunların da halsız vəziyyətdə olduğu müşahidə edilib.


Yerli sakinlər məsələ ilə bağlı Quba rayon Baytarlıq İdarəsinə müraciət etdiklərini, lakin əraziyə hələ də baxış keçirilmədiyini bildiriblər.


Heyvanların kütləvi tələfatı ilə bağlı "Report"un yerli bürosuna açıqlama verən Quba rayonu Vəlvələ kənd Bələdiyyəsinin sədri Saatmirzə Məmmədov faktı təsdiqləyib:


"Kəndin qoyun sürüsü növbəli şəkildə yerli sakinlər tərəfindən otlaq sahələrində otarılır. Kənddə indiyə qədər heç vaxt belə hadisə olmayıb. Bu vəziyyət bizi də narahat edir. Heyvanları tələf olan şəxslərlə birgə qoyunların otladıqları əraziyə baxış keçirdik. Müəyyən olundu ki, otlaq ərazisinin yaxınlığına çürümüş buğda qalıqları tökülüb. İlkin ehtimala görə, heyvanlar həmin çürümüş buğdadan yeyərək zəhərləniblər. Artıq o ərazi təmizlənib”.


Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:55
Faktiki hava açıqlanıb
Şamaxıda zəlzələ olub
Cəmiyyət 09:04
Şamaxıda zəlzələ olub
Cəlilabadda ikimərtəbəli ev yanıb
Cəmiyyət 23:53
Cəlilabadda ikimərtəbəli ev yanıb
Azərbaycanda benzin istehsalı azalıb
Cəmiyyət 22:00
Azərbaycanda benzin istehsalı azalıb
Dünyanın ən böyük futbol stadionu bu ölkədə tikilir
Cəmiyyət 21:00
Dünyanın ən böyük futbol stadionu bu ölkədə tikilir
“OpenAI” ağıllı cihazlar bazarına girir
Cəmiyyət 20:30
“OpenAI” ağıllı cihazlar bazarına girir
FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edilib
Cəmiyyət 20:00
FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edilib
Alabaşlı-Qızılca dəmir yolunda təmir işləri yaxın vaxtlarda yekunlaşacaq - ADY
Cəmiyyət 19:30
Alabaşlı-Qızılca dəmir yolunda təmir işləri yaxın vaxtlarda yekunlaşacaq - ADY
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanıldı
Cəmiyyət 19:00
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol