• $
  • £

Yeni hərbi nizamnamə hazırlanır

Yeni hərbi nizamnamə hazırlanır
05.10.2024 18:28
Oktyabrın 5-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qaravul Xidmətləri, Daxili Xidmət nizamnamələrinin layihələrinin hazırlanması məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən yaradılan işçi qrupunun görüşü keçirilib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, nazirin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən görüşdə Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxsləri qeyd olunan nizamnamələrin təkmilləşdirilməsi məqsədilə görüləcək işlər barədə müzakirə aparıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan islahatlar, əldə edilən uğurlar və tətbiq edilən yeniliklər istifadədə olan hərbi nizamnamələrin müasir dövrün tələblərinə uyğunlaşdırılmasını və təkmilləşdirilməsini zəruri edir.

Bundan başqa, görüşdə nizamnamələrin təkmilləşdirilməsinə əsas verən digər səbəblər və məqsədlər, həmçinin işçi qrupunun fəaliyyət istiqamətində görüləcək işlər zamanı inkişaf etmiş ölkələrin ordularının təcrübələrindən yararlanmağa dair ətraflı fikir mübadiləsi aparılıb

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat təklif edir ki, Rusiya ilə açıq danışmaq lazımdır
Siyasət 11:45
Deputat təklif edir ki, Rusiya ilə açıq danışmaq lazımdır
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:04
Milli Məclisin növbəti iclası başlayıb
İlham Əliyev Tokayevi təbrik edib
Siyasət 16:23
İlham Əliyev Tokayevi təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 10:41
Prezident sərəncam imzalayıb
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı olub
Siyasət 23:19
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı olub
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Siyasət 13:38
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 12:36
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Siyasət 10:33
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol