• $ 1.7
  • € 1.9612
  • ₽ 0.020928
  • ₺ 0.0403
  • £ 2.23

Taksi sürücüləri üçün növbəti imtahan keçirilib

Taksi sürücüləri üçün növbəti imtahan keçirilib
06.10.2024 20:15
Dövlət İmtahan Mərkəzi tərəfindən 6 oktyabr 2024-cü il tarixində taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.

Bu barədə  DİM-dən bildirilib.

İmtahanlar elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahanlarda iştirak etmək üçün 2002 namizəd qeydiyyatdan keçib. Onlardan 1 952 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1 735 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim edilib. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 7 – 8 oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda hərbi parad keçirilir - Canlı
Cəmiyyət 13:02
Bakıda hərbi parad keçirilir - Canlı
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:16
Sabahın hava proqnozu açıqlanıb
Biləsuvarda avtomobillər toqquşub, xəsarət alanlar var
Cəmiyyət 10:40
Biləsuvarda avtomobillər toqquşub, xəsarət alanlar var
Fəzail Ağamalının oğlu partiyadan çıxarılıb
Cəmiyyət 22:00
Fəzail Ağamalının oğlu partiyadan çıxarılıb
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək
Cəmiyyət 21:39
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək
Qaradağda erkən nikahın qarşısı alınıb
Cəmiyyət 18:50
Qaradağda erkən nikahın qarşısı alınıb
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə olunub
Cəmiyyət 18:12
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə olunub
Bakı metrosu Zəfər Günündə gücləndirilmiş rejimdə çalışacaq
Cəmiyyət 18:05
Bakı metrosu Zəfər Günündə gücləndirilmiş rejimdə çalışacaq
Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin baş planları hazırlanır
Cəmiyyət 18:04
Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin baş planları hazırlanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol