• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

Qırmızı Ürəklər Fondu hər kəsə sahibsiz heyvanlara dəstək olmaq imkanı yaradır

Qırmızı Ürəklər Fondu hər kəsə sahibsiz heyvanlara dəstək olmaq imkanı yaradır
09.10.2024 10:53
Qırmızı Ürəklər Fondu öz missiyasına sadiq qalaraq sahibsiz heyvanların müdafiəsi istiqamətində layihə həyata keçirib və hər kəsi bu kimi təşəbbüslərdə iştirak etməyə dəvət edib. Belə ki, Fond hər il 4 oktyabr tarixində dünya miqyasında qeyd olunan Heyvanları Mühafizə Günü münasibətilə "Pəncəli Ürəklər” layihəsini həyata keçirib. Küçə heyvanlarının həyat şəraitini yaxşılaşdırmaq və insanlarda onlara qarşı mərhəmət hissini oyatmaq məqsədi daşıyan layihə "Bravo” supermarketlər şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində icra edilib. Belə ki, şəbəkənin bir neçə filialının qarşısında sahibsiz heyvanlar üçün su və yem qabları yerləşdirilib.

Bu təşəbbüs sayəsində hər bir vətəndaş su və yem qablarını dolduraraq küçə heyvanlarının gündəlik qida təlabatlarını ödəyə, onlara dəstək ola bilər. Bunla da Fond hər kəsə pəncəli dostlarımızın daha yaxşı bir həyat yaşamasına töhfə vermək imkanı yaradır.  

Qırmızı Ürəklər Fondu hər kəsi bu vacib aksiyada fəal iştirak etməyə, sahibsiz heyvanlara qarşı qayğı göstərməyə dəvət edir. Unutmaq olmaz ki,  heyvanlar bizə ehtiyac duyan sadiq dostlarımızdır və onların rifahını təmin etmək daha yaxşı bir gələcək üçün hamımızın üzərinə düşən məsuliyyətdir.
Layihəyə qoşulmaq imkanı bununla yekunlaşmır. Daha çox heyvana kömək etmək istəyənlər Birbank mobil tətbiqi vasitəsilə "Pəncəli Ürəklər” layihəsinə ianə edə bilər. Toplanan vəsaitlər sahibsiz heyvanların qida, müalicə və digər ehtiyaclarının qarşılanması üçün istifadə edilir.
İanə üçün: https://t.ly/7Aqrg

Qeyd edək ki, "Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
 
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:29
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Bitcoin 116 min dolları keçərək tarixi maksimuma çatdı
İqtisadiyyat 07:15
Bitcoin 116 min dolları keçərək tarixi maksimuma çatdı
Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir
İqtisadiyyat 15:41
Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar açıqlanıb
İqtisadiyyat 12:59
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar açıqlanıb
Ölkədə sənaye istehsalı 2 % azalıb
İqtisadiyyat 12:50
Ölkədə sənaye istehsalı 2 % azalıb
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu azalıb
İqtisadiyyat 12:34
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu azalıb
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
İqtisadiyyat 12:13
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
Azərbaycanda istehlakçılara 94 milyon manat ƏDV geri qaytarılıb
İqtisadiyyat 11:40
Azərbaycanda istehlakçılara 94 milyon manat ƏDV geri qaytarılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol