• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb
09.10.2024 21:02
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş katibinin müavini Amina Mohammed arasında görüş keçirilib.Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar hazırlıq prosesləri, Azərbaycanın COP29 sədrliyinin prioritetləri müzakirə olunub.
Azərbaycanın çoxtərəfli diplomatiyada, eləcə də BMT təsisatlarında rolunun əhəmiyyətinə diqqət çəkən BMT Baş katibinin müavini, ölkəmizin COP29-un təşkil olunması istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndirib. Bununla yanaşı, sülh və təhlükəsizlik, yeni texnologiyalar, gələcəyin maliyyə arxitekturası kimi elementlərin də əks olunduğu Gələcəyin Sammiti zamanı qəbul edilmiş yekun sənədin vacibliyi vurğulanıb.

Tərəflər daha sonra, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri nəzərdən keçirərək, bu işdəki əhəmiyyətli proqresi məmnunluqla qeyd ediblər.

Bayramov Azərbaycanın sədrlik etdiyi COP29 çərçivəsində aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verərək, iqlim dəyişmələri ilə mübarizədə tələb olunan maliyyə vəsaitinin qarşılanması üçün yeni kəmiyyət maliyyə hədəfi müəyyənləşdirilməsinə çalışıldığı, bunun üçün konsensusun əhəmiyyətini diqqətə çatdırıb. Tərəflər bu istiqamətdə BMT və beynəlxalq maliyyə təsisatlarının dəstəyinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, COP29 sədrliyi tərəfindən müxtəlif istiqamətlərdə irəli sürülən 14 təşəbbüsə dəstək barədə məlumat verilib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol