• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Azərbaycanın “Birgə Atəşkəs Çağırışı” təşəbbüsünə 127 ölkə qoşulub

Azərbaycanın “Birgə Atəşkəs Çağırışı” təşəbbüsünə 127 ölkə qoşulub
10.10.2024 21:17
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının 29-cu İqlim Dəyişmələri Konfransına (COP29) sədrliyi çərçivəsində Beynəlxalq Sülh Günü kimi qeyd olunan 21 sentyabr tarixində elan etdiyi "Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Təşəbbüsə indiyə qədər 127 ölkə qoşulub.

Bu təşəbbüs münaqişə və iqlim dəyişməsi arasındakı əlaqənin və ən həssas qrupları qorumaq üçün kollektiv həll yollarının tapılmasının vacibliyini vurğulamaq, eləcə də xalqlar arasında sülhə gətirib çıxara biləcək müsbət impulsu və əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.
Çağırışda bütün tərəflərdən COP29 sessiyasının keçirildiyi noyabr ayı ərzində atəşkəsə riayət etmək xahiş olunur və COP29-un fundamental mesajı xüsusunda bəşəriyyətimizin siyasi problemlərin öhdəsindən gələ və həmrəy ola biləcəyinə inam ifadə edilir.

Birgə Atəşkəs Çağırışı dövlətlərlə yanaşı, mindən artıq beynəlxalq təsisat, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti qurumları və nüfuzlu ictimai xadimlər tərəfindən dəstəklənir.

Təşəbbüsün tam mətni ilə aşağıdakı internet səhifəsində tanış olmaq mümkündür:
https://cop29.az/az/news/cop29-presidency-officially-launches-joint-solemn-appeal-for-a-cop29-truce

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol