• $
  • £

Bakı Təşəbbüs Qrupu Niderlandla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Niderlandla bağlı bəyanat yayıb
13.10.2024 13:39
Öz müstəmləkəçilik siyasətini Bonaire, Saint Maarten, Aruba, Curacao, Saint Eustatius və Saba-da davam etdirən Niderland bu ərazilərdə məqsədyönlü assimilyasiyaya siyasəti aparır.Bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, 2024-cü ilin oktyabrın 10-da Niderlan Parlamentinin Nümayəndələr Palatası tərəfindən Azərbaycan əleyhinə birtərəfli və qərəzli 2 qətnamə qəbul edilib, Niderland xarici işlər naziri bu qətnamələrə dəstək verib.

Vurğulanıb ki, Niderland Parlamentinin yaxın tarixə və bu günümüzə aid faktları saxtalaşdıran qətnamələr qəbul etməsi artıq uzun müddətdir ki, Niderlandın cinayətlərlə dolu müstəmləkəçilik siyasətinin ifşa edilməsi ilə məşğul olan Bakı Təşəbbüs Qrupunda təəccüb doğurmur.

"Niderland qeyd olunan bu ərazilərdə məqsədyönlü assimilyasiya siyasəti aparır, yerli əhalini adalardan qovaraq, onları Niderlandlılarla əvəz edir, yerli əhalinin nümayəndələrinə ikincidərəcəli "vətəndaşlar” kimi rəftar edir, müstəqillik tərəfdarlarını təqib edir və həbs edir, yerli xalqalara öz ana dillərində təhsil almağa və danışmağa qadağan edir, yerli xalqların öz mədəniyyətini qoruyub-saxlamasına lazımi şərait yaratmır və digər çoxsaylı cinayətlər törədir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı Təşəbbüs Qrupu Niderland Parlamentini Niderlandın Bonaire, Saint Maarten, Aruba, Curacao, Saint Eustatius və Saba adalarında törətdiyi cinayətlərə son qoymağa dair Niderland Hökumətinə çağırış etməyi dəvət edirik.
Bu xüsusda, törədilmiş və bu gündə davam edən cinayətlərin müəlliflərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq Araşdırma Komissiyasının yaradılmasına çağırış edirik.
Bundan əlavə, Avropa İttifaqı ölkələrini BMT-nin İnsan Hüquqları Şurası tərəfindən adıçəkilən adalarda baş verən cinayət hallarını birbaşa nəzarət altına götürəcək müvafiq orqanın yaradılması və həmin orqan tərəfindən qeyd alınan halların BMT-nin digər qurumlarına göndərilməsinə dəstəyin göstərilməsinə çağırış edirik.
Beynəlxalq səviyyədə kolonial cinayətlərə qarşı edilən təşəbbüslərə, bu xüsusda, Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə dəstək verməyə dəvət edirik”, - bəyanatda bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan vətəndaşlarının Yaxın Şərqdən təxliyəsi davam edir
Siyasət 21:23
Azərbaycan vətəndaşlarının Yaxın Şərqdən təxliyəsi davam edir
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol