• $
  • £

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir
14.10.2024 15:48
Sosial layihələrə xüsusi önəmlə yanaşan "Nar” "Karlara Dəstək” İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün dizayner modelyer ixtisası üzrə peşə təlimlərinə start verir. Mobil operatorun dəstəyi ilə həyata keçirilən layihənin məqsədi nitq və eşitmə məhdudiyyətli şəxslərin gələcək karyeralarına və maddi sərbəstliklərinə töhfə verməklə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Layihə çərçivəsində 18-40 yaş arasındakı nitq və eşitmə məhdudiyyətli şəxslərə 3 ay boyunca zəngin təcrübəyə malik dizayner modelyer tərəfindən peşə təlimləri tədris ediləcək. Bu təlimlər iştirakçıların peşə bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların özünə inamlarını da artırmağa kömək edəcək. Təlimi uğurla başa vuranlara Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi tərəfindən müvafiq sahə üzrə şəhadətnamə təqdim olunacaq, bu da onların gələcək iş imkanlarını genişləndirəcək.

Qeyd edək ki, "Nar”ın "Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan "Eventiada IPRA Golden World Awards 2019” müsabiqəsində "KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib gəlmişdir. "Nar” bu mükafatdan və layihənin cəmiyyətə verdiyi müsbət təsirdən ruhlanaraq uzun illərdir ki, "Təlim Məktəbi” layihəsini davam etdirir. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələrlə buradan ətraflı tanış ola bilərsiniz.

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol