• $
  • £

Malatyada 6 bala yaxın zəlzələ olub - Yaralılar var/ Yenilənib

Malatyada 6 bala yaxın zəlzələ olub - Yaralılar var/ Yenilənib
16.10.2024 16:35
Malatyada baş verən zəlzələ nəticəsində 94 nəfər yaralanıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 
 
Bildirilib ki, zəlzələ nəticəsində iki bina zərər görüb.  
 
12:27
 
Türkiyənin Malatya vilayətində 5,9 gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 
 
Bələdiyyə rəsmiləri bildirib ki, hər hansı dağıntı və təhlükə riski ilə bağlı məlumat daxil olmayıb. 
 
Zəlzələ səbəbindən Malatyada dərslər bir günlük təxirə salınıb. 
 
Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
 
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib.

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 500 nəfərə çatıb.

Zəlzələ nəticəsində 115 mindən çox insan yaralanıb. 

Dünyanın 100-ə yaxın ölkəsindən Türkiyəyə dəstək yardımı təklif olunub. Türkiyə prezidenti bildirib ki, bir il ərzində evləri dağılmış insanların evlərini tikib təhvil verəcək. 

Zəlzələdən sonra ölkədə 6 bala yaxın afterşoklar olub. 

BMT Türkiyədə baş verən zəlzələni "Əsrin fəlakəti" kimi qiymətləndirib.
 
Gülnar 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Rusiyada altı dustaq məhbus vaqonundan qaçıb
Dünya 16:10
Rusiyada altı dustaq məhbus vaqonundan qaçıb
Tramp: ABŞ İranla əməkdaşlığı genişləndirmək niyyətindədir
Dünya 16:01
Tramp: ABŞ İranla əməkdaşlığı genişləndirmək niyyətindədir

Tbilisi Almaniya XİN-ə şifahi nota verib
Dünya 12:59
Tbilisi Almaniya XİN-ə şifahi nota verib

Türkiyə XİN ABŞ və İran arasında atəşkəsi alqışlayıb
Dünya 12:03
Türkiyə XİN ABŞ və İran arasında atəşkəsi alqışlayıb
Rusiya bu ölkələrə ultimatum verib
Dünya 10:50
Rusiya bu ölkələrə ultimatum verib
Media: İsrail atəşkəsə baxmayaraq İrana zərbələri davam etdirir
Dünya 10:00
Media: İsrail atəşkəsə baxmayaraq İrana zərbələri davam etdirir
İran Təhlükəsizlik Şurası: ABŞ müharibədə “tarixi məğlubiyyətə uğrayıb”
Dünya 09:00
İran Təhlükəsizlik Şurası: ABŞ müharibədə “tarixi məğlubiyyətə uğrayıb”
Pakistan İranla razılaşma üçün Trampdan vaxt istəyib
Dünya 00:14
Pakistan İranla razılaşma üçün Trampdan vaxt istəyib
Tehrandakı sinaqoq bombalanıb
Dünya 22:28
Tehrandakı sinaqoq bombalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol