• $
  • £

Əbülfəs Qarayev: “Rəsulzadənin yubileyinə həsr olunan tədbirlər ilboyu davam edəcək”

Əbülfəs Qarayev: “Rəsulzadənin yubileyinə həsr olunan tədbirlər ilboyu davam edəcək”
29.05.2020 04:26
“Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq böyük ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ölkəmizdə və ondan kənarda böyük coşqu ilə qeyd olunur”.APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, yubiley tədbirləri xüsusi plan əsasında respublikanın müxtəlif bölgələrində qeyd olunmaqdadır: “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunan tədbirlər ilboyu silsilə şəkildə davam edəcək”. Nazir qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi Türkiyədə, Rusiyada və digər ölkələrdə də yüksək səviyyədə keçiriləcək: “Biz Məhəmməd Əmin Rəsulzadənin bir neçə əsərini, tədqiqatlarını, onunla bağlı araşdırmaları nəşrə hazırlayırıq və bu il ərzində onlar işıq üzü görəcək. Hesab edirəm ki, bu, Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə çox böyük töhfə olacaq”. Ə.Qarayev əlavə edib ki, Məhəmməd Əmin Rəsulzadə və silahdaşları Şərqdə ilk Demokratik Cümhuriyyətin banilərindən olub və bu gün biz həmin Cümhuriyyətin varisləriyik: “İstiqlal” abidəsi M.Ə.Rəsulzadə və silahdaşlarına vahid bir hörmət əlamətidir. Hesab edirəm ki, biz onları birlikdə qəbul etməliyik. Çünki onlar Azərbaycan Demokratik Respublikasının yaradıcılarıdır və ona görə də biz keçmişimizə fərəhlə baxırıq”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol