• $
  • £

NATO noyabrda Rusiya sərhədləri yaxınlığında ən böyük təlimini keçirməyə hazırlaşır

NATO noyabrda Rusiya sərhədləri yaxınlığında ən böyük təlimini keçirməyə hazırlaşır
23.10.2024 12:50
Şimali Atlantika Alyansı Rusiya sərhədləri yaxınlığında ən böyük artilleriya təlimi olan "Lightning Strike 24" təlimini keçirməyə hazırlaşır/ Bu barərədə Finlandiya Müdafiə Nazirliyinin rəsmi saytında bildirilir.
 
Təlim noyabrın 4-dən noyabrın 28-dək davam edəcək. NATO təlimlərində Finlandiya, ABŞ, İsveç, Estoniya, Böyük Britaniya və Fransadan 3600-ə yaxın hərbçi iştirak edəcək.


Nəşr qeyd edir ki, "Lightning Strike 24” Avropa ölkələrində keçirilən Alyansın tarixində ən böyük artilleriya atışları silsiləsi "Dynamic Front 25” fonunda baş tutacaq. Onların məqsədi Helsinkinin müttəfiqləri ilə əməkdaşlıqda əməliyyat bölgəsində müdafiə imkanlarını sınaqdan keçirmək olacaq.


Şimali Avropanın ən böyük artilleriya atış poliqonu olan Rovajärvi, Alyansa uzun mənzilli atəşlər tətbiq etmək üçün əla fürsət verəcək .


Bundan əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Paris Rusiya ilə silahlanma yarışına hazırlaşır. Onun sözlərinə görə, bu məqsədlə hakimiyyət hərbi büdcəni artırır. Yeni qanun orduya yerləşdirmə, müdaxilə və müdafiə imkanları yaratmağa imkan verib, deyən Barro əlavə edib ki, bu gün əsas müdafiə xətti Ukraynanın cənubunda və şərqində yerləşir.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ ordusunun baş qərargah rəisi vəzifəsindən azad edilib
Dünya 08:09
ABŞ ordusunun baş qərargah rəisi vəzifəsindən azad edilib
Pezeşkian beynəlxalq təşkilatlara çağırış edib
Dünya 23:54
Pezeşkian beynəlxalq təşkilatlara çağırış edib
Ermənistanda poliqonda partlayış baş verib, hərbçi ölüb
Dünya 23:40
Ermənistanda poliqonda partlayış baş verib, hərbçi ölüb
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 23:03
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Türkiyədə zəlzələ olub
Dünya 22:54
Türkiyədə zəlzələ olub
Tramp baş prokuror Pam Bondini vəzifədən azad edib
Dünya 22:12
Tramp baş prokuror Pam Bondini vəzifədən azad edib
Tehrana gedən körpü bombalanıb
Dünya 21:50
Tehrana gedən körpü bombalanıb
İran yenidən “Amazon”a hücum edib
Dünya 20:30
İran yenidən “Amazon”a hücum edib

Fransada yanacaq tükənir
Dünya 17:44
Fransada yanacaq tükənir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol