• $
  • £

Məhəmməd Əmin Rəsulzadə - 130

Məhəmməd Əmin Rəsulzadə - 130
29.05.2020 04:20
Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130-cu ildönümüdür.APA-nın məlumatına görə, M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə M. Ə. Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.M. Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib. 1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb. 29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti  Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb. 22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarını İran və İsrailə səfərlərdən çəkinməyə çağırır
Siyasət 11:59
XİN Azərbaycan vətəndaşlarını İran və İsrailə səfərlərdən çəkinməyə çağırır
İsrailin İrana hücumu başlayıb
Siyasət 11:00
İsrailin İrana hücumu başlayıb
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar
Siyasət 17:41
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar


Azərbaycanın BƏƏ-dəki səfiri geri çağırılıb
Siyasət 17:32
Azərbaycanın BƏƏ-dəki səfiri geri çağırılıb
Prezident sərəncam imzalayıb
Siyasət 17:13
Prezident sərəncam imzalayıb
Moldovanın XİN rəhbəri növbəti həftə Azərbaycana səfər edəcək
Siyasət 16:55
Moldovanın XİN rəhbəri növbəti həftə Azərbaycana səfər edəcək
Mehriban Əliyeva bu Şuranın sədri olacaq - Fərman
Siyasət 13:48
Mehriban Əliyeva bu Şuranın sədri olacaq - Fərman
Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü olub
Siyasət 13:43
Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü olub
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol