• $ 1.7
  • € 1.9797
  • ₽ 0.02111
  • ₺ 0.0415
  • £ 2.2869

Nazir uçqun təhlükəsi olan əraziyə gedib

Nazir uçqun təhlükəsi olan əraziyə gedib
29.10.2024 11:26
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdarda uçqun təhlükəsi olan qaya parçalarının ərazidən götürülməsi işləri ilə tanış olub. Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, ötən gün Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi yaranıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub, ərazi nəzarətə götürülərək aidiyyəti qurumlarla birlikdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

Oktyabrın 29-da səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerinə gəlib. Uçqun təhlükəsi olan qaya parçalarının ərazidən götürülməsi ilə əlaqədar görülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Hazırda Fövqəladə Hallar Nazirliyi aidiyyəti qurumlarla koordinasiyalı şəkildə uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi istiqamətində zəruri tədbirlər görür

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda daha bir küçə piyada zonaya çevriləcək
Cəmiyyət 13:05
Bakıda daha bir küçə piyada zonaya çevriləcək
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ofisi Bakıdan Ağdama köçürülür
Cəmiyyət 12:46
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ofisi Bakıdan Ağdama köçürülür
Pakistanda pirotexnika anbarında partlayış nəticəsində ölənlərin sayı dördə çatıb
Cəmiyyət 12:30
Pakistanda pirotexnika anbarında partlayış nəticəsində ölənlərin sayı dördə çatıb
Sabah 37 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət 12:22
Sabah 37 dərəcə isti olacaq - PROQNOZ
Rus bölmələrində “Azərbaycan tarixi” yalnız azərbaycanca tədris olunacaq
Cəmiyyət 12:21
Rus bölmələrində “Azərbaycan tarixi” yalnız azərbaycanca tədris olunacaq
Azərbaycanlıların ABŞ vizaları yoxlanılacaq
Cəmiyyət 12:14
Azərbaycanlıların ABŞ vizaları yoxlanılacaq
MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinəstart verilib
Cəmiyyət 12:07
MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinəstart verilib
Nazirdən yeni tədris ili ilə bağlı- Əmr
Cəmiyyət 11:27
Nazirdən yeni tədris ili ilə bağlı- Əmr
Abşeronda boya zavodunda yanğın
Cəmiyyət 11:11
Abşeronda boya zavodunda yanğın
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol