• $ 1.7
  • € 1.9308
  • ₽ 2.0666
  • ₺ 0.0447
  • £ 2.2463

İndoneziya COP29-da ölkə prezidentinin xüsusi nümayəndəsi ilə təmsil olunacaq

İndoneziya COP29-da ölkə prezidentinin xüsusi nümayəndəsi ilə təmsil olunacaq
30.10.2024 11:17
İndoneziya Prezidentinin energetika və ətraf mühit üzrə xüsusi nümayəndəsi Haşim Cocohadikusumo Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İndoneziya nümayəndə heyətinə rəhbərlik edəcək. "Report" xəbər verir ki, bu barədə prezidentinin xüsusi nümayəndəsi "CNN Indonesia” telekanalına məlumat verib.

"Mən Prezident Prabovo Subianto tərəfindən COP29 üzrə xüsusi nümayəndə təyin edildim”, - o bildirib.

O, İndoneziyanın bu konfransa hazırlıq səviyyəsindən də məmnunluğunu ifadə edib: "Mən İndoneziya hökumətinin qarşıya qoyduğu məqsədlərə çatacağına nikbinəm”.

İndoneziya ətraf mühit naziri Hanif Faysol Nurofik bildirib ki, COP29-da İndoneziya Milli Səviyyədə Müəyyən Edilmiş Töhfədə (NDC) müəyyən edilmiş iqlim dəyişikliyi ilə mübarizə hədəflərinə nail olmaqda irəliləyiş barədə məlumat verəcək. Bu sənəd çərçivəsində İndoneziya 2030-cu ilə qədər istixana qazı emissiyalarını 31,89 % azaltmağı hədəfləyib ki, bunun böyük hissəsi öz səyləri, 43,2 %-i isə beynəlxalq birliyin dəstəyi ilə əldə ediləcək.

Bundan əlavə, o qeyd edib ki, COP29-da İndoneziya istixana qazı emissiyalarının azaldılmasını sürətləndirmək üçün tədbirləri nəzərdən keçirəcək, həmçinin konfransda iştirak edən bir sıra ölkələrlə karbon kvotaları ticarəti sahəsində əməkdaşlığı müzakirə edəcək.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
COP29 09:46
COP29 nə ilə yadda qaldı? - TƏHLİL
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29 07:00
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29 21:42
COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
COP29 20:31
COP29-un bağlanış mərasimi keçirilir - Canlı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol