• $ 1.7
  • € 1.9612
  • ₽ 0.020928
  • ₺ 0.0403
  • £ 2.23

Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah binasına ziyan dəyib

Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah binasına ziyan dəyib
30.10.2024 12:33

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah binasına Kiyevdə partlayışlar nəticəsində ziyan dəyib. Bu barədə  Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk bildirib. 


"O gecə... Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binalarından birinə zərbə endirildi,” - o, Telegram kanalında hadisə yerindən foto paylaşaraq yazıb.


Mosiyçuk başqa detallar təqdim etməyib.


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib ki, 29-dan 30-a keçən gecə Rusiya 62 Shahed tipli və növü naməlum digər PUA-larla hücum edib. Saat 07:00-a olan məlumata görə, Kiyev, Çerkası, Xmelnitski, Xarkov, Zaporojye, Donetsk, Dnepropetrovsk, Sumı, Çerniqov və Poltava vilayətlərində 33 düşmən PUA-sı məhv edilib. 25 PUA isə ləğv edilib.


Rus qoşunlarının Kiyevə hücumu nəticəsində vurulan pilotsuz uçuş aparatının qalıqları Solomenski rayonunda çoxmərtəbəli yaşayış binasına düşüb. Şəhər administrasiyası yanğın nəticəsində aralarında bir uşağın da olduğu doqquz nəfərin xəsarət aldığını bildirib. Rayonda inzibati bina və uşaq bağçası da zərər görüb.

 

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
II Qaregin Hindistana yollanıb
Dünya 16:48
II Qaregin Hindistana yollanıb
ABŞ aeroportlarında 900-dən çox reys ləğv edilib
Dünya 12:51
ABŞ aeroportlarında 900-dən çox reys ləğv edilib
Rusiya vətəndaşlarına çoxgirişli vizaların verilməsi qadağan edilib
Dünya 09:52
Rusiya vətəndaşlarına çoxgirişli vizaların verilməsi qadağan edilib
ABŞ-də təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb
Dünya 09:04
ABŞ-də təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb
Aİ Rusiya və Çindən gələn dezinformasiya ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq
Dünya 08:59
Aİ Rusiya və Çindən gələn dezinformasiya ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq
Türkiyədə ticarət mərkəzində yanğın baş verib
Dünya 08:55
Türkiyədə ticarət mərkəzində yanğın baş verib
Türkiyə Netanyahunun həbsinə order verib
Dünya 22:31
Türkiyə Netanyahunun həbsinə order verib
ABŞ-ın PUA əleyhinə sistemləri Polşaya çatdırılıb
Dünya 22:10
ABŞ-ın PUA əleyhinə sistemləri Polşaya çatdırılıb
Qazaxıstan “İbrahim Razılaşmalarına” qoşulub - Tramp
Dünya 18:09
Qazaxıstan “İbrahim Razılaşmalarına” qoşulub - Tramp
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol