• $
  • £

KXDR əsgərləri Ukrayna Sərhədi Yaxınlığında yerləşdirilib

KXDR əsgərləri Ukrayna Sərhədi Yaxınlığında yerləşdirilib
30.10.2024 14:42

Təxminən üç min Şimali Koreya hərbçisi Uzaq Şərqdən Kursk vilayətinə gətirilib və oktyabrım 28-də  Ukrayna sərhədindən təxminən 50 kilometr aralıdakı kazarmalara yerləşdirilib. Bu barədə Financial Times ukraynalı kəşfiyyat əməkdaşlarına istinadən məlumat verib.


Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Rusiyaya hələ oktyabr ayının əvvəlində gələn ilk Şimali Koreya hərbçiləri "Hücum Korpusu" olaraq tanınan Şimali Koreya ordusunun elit 11-ci ordusunun əsgərləridir.


Ukrayna kəşfiyyatı gələn Şimali Koreya hərbçilərinin döyüş qabiliyyətinə şübhə ilə yanaşıb və onları "təcrübəsiz piyadalar" adlandırıb. "Onlar heç vaxt öz ölkələrindən çıxmayıblar... Heç vaxt real döyüşlərdə iştirak etməyiblər, təcrübələri müasir müharibənin reallıqlarından çox uzaqdır," — deyə FT ilə söhbətində bildirilib.


ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Sabrina Singh-in 28 oktyabrda verdiyi məlumata görə, KXDR Rusiyaya 10 min hərbçi göndərib, onların bir qismi "artıq Ukraynaya daha yaxın ərazilərə köçürülüb."


Cənubi Koreya kəşfiyyatının məlumatına görə, oktyabrın ortalarında Şimali Koreya hərbçilərinin Rusiyaya Ukrayna ilə müharibədə iştirak etmək üçün göndərildiyi bildirilib. Onların hesablamalarına görə, söhbət 12 min hərbçidən gedir. Oktyabrın sonuna kimi onların bir hissəsi Rusiyanın Uzaq Şərqində hazırlığa göndərilib. 26 oktyabrda The New York Times bir neçə min Şimali Koreya hərbçisinin Kursk vilayətinə gəldiyini bildirib. "Renhap" və AFP agentliklərinin məlumatına görə, Rusiyanın Ukrayna ilə müharibəsində iştirak etmək üçün KXDR-dən yüksək rütbəli generallar cəbhəyə gedə bilərlər.

 

Rusiya prezidenti Vladimir Putin, Şimali Koreya hərbçilərinin Rusiyaya köçürülməsi ilə bağlı məlumatları şərh edərkən, bu məlumatları təkzib etməyib. Onun sözlərinə görə, peyk görüntülərinə əsasən, Şimali Koreya hərbçiləri Rusiyadadır. Putin, "Görüntülər ciddi bir şeydir. Əgər görüntülər varsa, onlar bir şeyləri əks etdirir," — deyə bildirib. O, Dövlət Dumasının Şimali Koreya ilə strateji tərəfdaşlıq müqaviləsini ratifikasiya etdiyini xatırladıb və Moskvanın "Şimali Koreya rəhbərliyinin razılaşmalarımıza ciddi yanaşacağına heç vaxt şübhə etmədiyini" vurğulayıb.


 

ABŞ Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsi ilə bağlı vəziyyətə müdaxilə etmək üçün Çini təşviq etməyə çağırıb və KXDR-in əsgərlərini daimi dislokasiya yerlərinə qaytarmağı təmin etməyi xahiş edib. Bu barədə CNN-ə ABŞ rəsmiləri məlumat verib.


Onların sözlərinə görə, ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan digər ölkələrə də Çinə eyni tələblə müraciət etməyi xahiş edib. 

 

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
Dünya 20:35
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
Dünya 19:16
İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Dünya 18:05
"Crocus City Hall"dakı terror aktının iştirakçılarından biri intihara cəhd edib
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol