• $
  • £

Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edildi - Yenilənib

Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edildi - Yenilənib
05.11.2024 16:38
Qırğızıstanda səfərdə olan Prezident İlham Əliyev görkəmli qırğız yazıçı Çingiz Aytmatovun ev muzeyinə gedib. 

Dövlət başçısı əvvəlcə ev muzeyi ilə tanış olub.

Məlumat verilib ki, muzey Bişkek yaxınlığındakı "Ala-Arça” dövlət iqamətgahında - 1986-cı ildən yazıçının ömrünün son 20 ilini yaşadığı evdə yerləşir. Qırğız xalqının böyük oğlunun vəfatından sonra həyat yoldaşı Mariya Aytmatova və oğlu Eldar ailəsi ilə burada yaşayırlar.

Ev muzeyi Çingiz Aytmatovun həyat yoldaşı Mariya Urmatovna, övladları Eldar və Şirinin təşəbbüsü ilə 2014-cü il dekabrın 12-də açılıb.

Çingiz Aytmatovun kiçik oğlu Eldar yazıçının hələ sağlığında evdə hökm sürmüş bütün ab-havanı və şəraiti ən xırda detala qədər qoruyub saxlamağa çalışıb. Ev muzeyində yazıçının şəxsi əşyaları, əlyazmaları və çoxsaylı mükafatları qorunub saxlanılır. İkinci mərtəbədə onun kabineti, yataq otağı və kitabxana yerləşir.

Evin ikinci hissəsində Eldar Aytmatov və ailəsi yaşayır. Mədəni-maarif fəaliyyəti ilə məşğul olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir. Fond 2000-ci ildə yazıçının özü tərəfindən təsis edilib, indi onun övladları tərəfindən idarə olunur.

Daha sonra Prezident İlham Əliyev və Çingiz Aytmatovun ailə üzvləri birgə çay süfrəsi arxasında söhbət ediblər.
 
 
 
14:28
 
Qırğız Respublikasında səfərdə olan Prezident Ilham Əliyevə Bişkekdə "Çingiz Aytmatov” ordeni təqdim edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Siyasət 18:27
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Siyasət 15:26
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Siyasət 09:26
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
XİN: 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılır
Siyasət 08:47
XİN: 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılır
31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür
Siyasət 08:44
31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür
Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 22:58
Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb
Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pisləyib
Siyasət 19:52
Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pisləyib
Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
Siyasət 15:09
Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır - Ceyhun Bayramov
Siyasət 11:49
Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır - Ceyhun Bayramov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol