• $
  • €
  • ₽
  • ₺
  • £

FHN COP29 ilə əlaqədar müşavirə keçirib

FHN COP29 ilə əlaqədar müşavirə keçirib
05.11.2024 16:17
Fövqəladə Hallar Nazirliyində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a aidiyyəti üzrə hazırlıq məsələlərinin müzakirəsi məqsədilə növbəti müşavirə keçirilib. Bu barədə nazirlikdən məlumat verilib.


Bildirilib ki, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilən müşavirədə nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri iştirak ediblər.


Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin növbəti tarixi uğuru olaraq beynəlxalq ictimaiyyət tərəfindən keçirilməsi Bakıya etibar edilmiş COP29-un əhəmiyyətindən danışıb, mötəbər tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.


Bu çərçivədə Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən vəzifələri bir daha vurğulayan nazir bununla bağlı işlərin ardıcıl olaraq planlı şəkildə yerinə yetirildiyini qeyd edib.


Sonra müşavirədə COP29-a hazırlıqla əlaqədar Fövqəladə Hallar Nazirliyində yaradılmış Qərargahın üzvlərinin Nazirlikdə təsdiq olunmuş Tədbirlər Planı üzrə sonuncu müşavirədən keçən dövr ərzində görülmüş işlərlə əlaqədar geniş məruzələri dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.


Müşavirəyə yekun vuran nazir Kəmaləddin Heydərov tədbirlə bağlı Nazirlik qarşısında duran vəzifələrin yüksək səviyyədə icra ediləcəyinə bir daha əminliyini bildirib, müvafiq tapşırıqlar verib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
60 yaşdan yuxarı şəxslərdə xərçəng 7,6% artıb
Cəmiyyət 10:29
60 yaşdan yuxarı şəxslərdə xərçəng 7,6% artıb
Azərbaycanda iki gündə 83 şübhəli şəxs saxlanılıb
Cəmiyyət 10:12
Azərbaycanda iki gündə 83 şübhəli şəxs saxlanılıb
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 22:51
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol