• $
  • £

Dövlət qulluğu imtahanlarında situasiya mühakimə testləri üzrə tapşırıqlar hazırlanır

Dövlət qulluğu imtahanlarında situasiya mühakimə testləri üzrə tapşırıqlar hazırlanır
06.11.2024 13:28
Dövlət qulluğunda ümumi səriştələrin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə geniş istifadə olunan yeni alət – situasiya mühakimə testləri üzrə tapşırıqlar hazırlanır. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.


Qeyd edilib ki, dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiq olunması ilə bağlı hazırlıq işləri davam edir.


Bildirilib ki, DİM elektron imtahanlar korpusunda yeni qiymətləndirmə alətlərinin keyfiyyət parametrlərinə uyğunluğunu araşdırmaq məqsədilə sınaq imtahanı təşkil olunub. Sınaq prosesinə müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarında işləyən dövlət qulluqçuları və ehtiyat kadrlar cəlb olunublar.


Məlumat üçün bildirək ki, səriştə modeli dövlət qulluğuna qəbul, habelə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı namizədlərin komandada işləmək, effektiv kommunikasiya qurmaq, vəzifə öhdəliklərini icra edərkən məsuliyyət göstərmək, nəticələr əldə etmək və s. kimi səriştələrini əsas meyar kimi götürməyi nəzərdə tutur. Bu yanaşma namizədlərin real iş mühitində davranışlarını proqnozlaşdırmağa fokuslanır, eyni zamanda artıq dövlət qulluqçusu kimi fəaliyyət göstərən şəxslərin davranışlarının peşəkarlıq baxımından qiymətləndirilməsinə imkan verir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
Cəmiyyət 14:00
Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
Yağıntılar Bakıda sürüşmə zonalarında aktivliyi artırıb
Cəmiyyət 13:46
Yağıntılar Bakıda sürüşmə zonalarında aktivliyi artırıb
Bakıda qardaşın qətl edilməsi ilə bağlı cinayət işi açılıb
Cəmiyyət 13:32
Bakıda qardaşın qətl edilməsi ilə bağlı cinayət işi açılıb
Sərnişin daşıma qaydalarına dəyişiklik - Sərəncam
Cəmiyyət 13:22
Sərnişin daşıma qaydalarına dəyişiklik - Sərəncam
Daşkəsəndə 65 yaşlı qadına qarşı zorakılıq faktı üzrə cinayət işi açılıb - Video
Cəmiyyət 13:19
Daşkəsəndə 65 yaşlı qadına qarşı zorakılıq faktı üzrə cinayət işi açılıb - Video
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə yeni direktor təyin edilib
Cəmiyyət 13:17
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə yeni direktor təyin edilib
Sabah 25 dərəcə isti olacaq - Proqnoz
Cəmiyyət 13:12
Sabah 25 dərəcə isti olacaq - Proqnoz
Bakıda 2 yaşlı uşaq qəfil vəfat edib
Cəmiyyət 13:02
Bakıda 2 yaşlı uşaq qəfil vəfat edib
Mayda 5 gün ardıcıl iş olmayacaq
Cəmiyyət 12:56
Mayda 5 gün ardıcıl iş olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol