• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Müsəlman ölkələrinin liderləri Qəzza və Livanda müharibəyə son qoymağa çağırıb

Müsəlman ölkələrinin liderləri Qəzza və Livanda müharibəyə son qoymağa çağırıb
11.11.2024 21:37
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən sammitində müsəlman ölkələrinin liderləri Qəzza zolağında və Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını tələb ediblər.

Bu barədə "Əl-Cəzirə” məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman sammitdə çıxışı zamanı İsraili istənilən təcavüz təzahürlərindən çəkinməyə çağırıb.
İordaniya Kralı II Abdullah isə bölgədə dağıntıların və eskalasiyanın dayandırılması üçün təcili tədbirlərin görülməsinə ehtiyac olduğunu qeyd edib.

"Biz boş sözlər eşitmək istəmirik. Biz bu faciəyə son qoymaq, Qəzzadakı xalqımızı xilas etmək və onlara lazım olan yardımı təmin etmək üçün ciddi mövqe, nəzərəçarpacaq səy istəyirik”, - monarx bildirib.

Livanın Baş naziri Nəcib Mikati isə qeyd edib ki, ölkəsi hətta mövcudluğunun təhdid altında olduğu görünməmiş böhran yaşayır.
"Livan bu gününü və gələcəyini təhdid edən görünməmiş tarixi və ekzistensial böhranla üz-üzədir”, - o söyləyib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol