• $
  • £

Əli Həsənovdan qəzet yayımı ilə bağlı açıqlama

Əli Həsənovdan qəzet yayımı ilə bağlı açıqlama
29.05.2020 04:21

“Biz ən sivil mətbuat yayımı sistemini formalaşdırmaq istəyirik”“Bakı şəhəri ümumi əhalinin və mövcud olan mətbuat yayımı köşklərinin sayına görə dünyanın bu sahədə ən öndə gedən şəhərləri ilə müqayisə oluna bilər. Yeni köşklərdə mətbuat yayımı nizama salınıb”.Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.Ə. Həsənovun sözlərinə görə, mətbuat orqanlarının əsas tələbi ondan ibarətdir ki, Bakının istənilən yerində insanların qəzet almaq ehtiyacı qarşılansın, qəzet satışı təşkil olunsun: “Hazırda Bakı şəhərində mövcud olan mətbuat yayımı köşkləri bu ehtiyacı ödəyir”.PA rəsmisi bu günlərdə Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşündə bu məsələnin müzakirə olunduğunu da diqqətə çatdırıb:“Söhbət zamanı məlum olub ki, yeni köşklərin paytaxtda yerləşdirilməsi prosesi davam edir. Bundan sonra da ehtiyac olan yerlərdə köşklərin yerləşdirilməsi davam etdiriləcək. Ona görə də belə bir sivil mətbuat yayım sistemi, bu qədər mətbuat yayımı nöqtələri olan şəhərdə mətbuat yayımının hansısa ciddi problemlərindən danışmaq ədalətsizlikdir. Söhbət indiyə qədər mövcud olan, sivil şəhər normalarına cavab verməyən əldə yayım, metro girişlərində primitiv yayım və sairdən gedirsə, əlbəttə, biz bunlardan məqsədyönlü şəkildə, şəhərimizi dünya standartlarına uyğunlaşdırmaq niyyəti ilə imtina etmişik. Biz Bakı şəhərində dünyanın ən sivil mətbuat yayımı sistemini formalaşdırmaq istəyirik”. ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol