• $ 1.7
  • € 1.9767
  • ₽ 0.021982
  • ₺ 0.0399
  • £ 2.2619

Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib

Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib
15.11.2024 20:48
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 15-də Kəmər və Yol Təşəbbüsü Yaşıl İnkişaf Koalisiyası (KYTYİK), Çin Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Şurası və Çin Qitələrarası Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan "İqlim dəyişikliyi üzrə Cənub-Cənub əməkdaşlığı və yaşıl inkişaf: keyslər və təcrübələr” panel müzakirəsində iştirak edib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva Qlobal Cənub bölgəsi ölkələri arasında dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi kimi sahələrdə əməkdaşlığın əhəmiyyətini və mövcud imkanları qeyd edib.

Leyla Əliyeva vurğulayıb ki, Azərbaycan bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində mühüm addımlar atır.

O, tədbir iştirakçılarına IDEA İctimai Birliyi tərəfindən ətraf mühitin mühafizəsi, ekoloji balansın təmin olunması, eləcə də iqlim dəyişmələri ilə mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri həyata keçirilən ağacəkmə və təmizlik aksiyaları, vəhşi təbiətin bərpası və mühafizəsi, eləcə də bir sıra digər layihə və tədbirlərin nəticələrinə toxunub.

Yekunda Leyla Əliyeva iqlim dəyişmələri ilə mübarizə və yaşıl inkişaf naminə qlobal həmrəylik və əməkdaşlığın rolunu xüsusi vurğulayıb.

Tədbir çərçivəsində Çinin ekologiya və ətraf mühit nazirinin müavini Jao Yinqmin, KYTYİK-in həmsədri, Bezos Yer Fondunun prezidenti və baş icraçı direktoru Endryu Stir, KYTYİK İdarə Heyətinin vitse-prezidenti Erik Solheym, ABŞ-ın Kolumbiya Universitetinin professoru Cefri Saks və digər rəsmi nümayəndə, ekspert və özəl sektor təmsilçiləri iştirak edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda zəncirvari qəza baş verib, 8 maşın toqquşub
Cəmiyyət 23:30
Sumqayıtda zəncirvari qəza baş verib, 8 maşın toqquşub
Bərdə heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq - AQTA
Cəmiyyət 22:31
Bərdə heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq - AQTA
TƏBİB-dən 14 yaşlı qızın ana olması ilə bağlı- Açıqlama
Cəmiyyət 21:40
TƏBİB-dən 14 yaşlı qızın ana olması ilə bağlı- Açıqlama
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərə son söz verilib
Cəmiyyət 21:13
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərə son söz verilib
Xırdalanın bəzi yerlərində qaz kəsilib
Cəmiyyət 21:01
Xırdalanın bəzi yerlərində qaz kəsilib
Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Cəmiyyət 20:06
Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Deputat Əli Abbasovun mandatı ləğv edilib
Cəmiyyət 19:39
Deputat Əli Abbasovun mandatı ləğv edilib
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:02
Sabah bu ərazilərdə qaz olmayacaq
QNET haqqında həqiqətlər
Cəmiyyət 18:49
QNET haqqında həqiqətlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol