• $ 1.7
  • € 1.9576
  • ₽ 0.021644
  • ₺ 0.0401
  • £ 2.2267

Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb

Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb
15.11.2024 21:27
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində NATO baş katibinin innovasiya, hibrid və kiber məsələlər üzrə köməkçisi Jan-Şarl Ellermann-Kinqomb ilə görüşüb.Bu barədə XİN-dən bildirilib.
 
Görüşdə Azərbaycan və NATO arasında mövcud tərəfdaşlıq məsələləri, COP29 sədrliyimiz çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Ceyhun Bayramov bu il Azərbaycanla NATO arasında əməkdaşlığın əsasını qoyan "Sülh naminə Tərəfdaşlıq” Proqramının 30 illiyinin qeyd edildiyini, bu çərçivədə qarşılıqlı əməkdaşlıq şəraitində bir sıra birgə layihələrin həyata keçirildiyini məmnunluqla qeyd edib.

Tərəfdaşlığın 30 ili müddətində Azərbaycanın NATO-nun sülhməramlı əməliyyatlarında nümunəvi iştirakı, habelə NATO çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqda aktiv iştirakının Azərbaycanın inamlı tərəfdaş kimi tanınmasına gətirib çıxardığı bildirilib.

COP29 sədrliyimiz çərçivəsində, həmçinin iqlim fəaliyyətinin irəlilədilməsi istiqamətində NATO ilə əməkdaşlıq etməyə hazır olduğumuz diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə XİN rəhbərinin müavini Xələf Xələfovla görüşüb
Siyasət 23:46
Türkiyə XİN rəhbərinin müavini Xələf Xələfovla görüşüb
Ceyhun Bayramov İtaliya Senatının Prezidenti ilə görüşüb
Siyasət 20:59
Ceyhun Bayramov İtaliya Senatının Prezidenti ilə görüşüb
Ceyhun Bayramov Roma Papası ilə görüşüb
Siyasət 20:07
Ceyhun Bayramov Roma Papası ilə görüşüb
Hikmət Hacıyev Niderland səfiri ilə görüşüb
Siyasət 18:05
Hikmət Hacıyev Niderland səfiri ilə görüşüb
Şahin Mustafayev Aleksandr Novak ilə görüşüb
Siyasət 16:40
Şahin Mustafayev Aleksandr Novak ilə görüşüb
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbə verilib - SƏRƏNCAM
Siyasət 15:51
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbə verilib - SƏRƏNCAM
Prezident sərəncam imzalayıb
Siyasət 15:45
Prezident sərəncam imzalayıb
Pəncəli Teymurovun anası Prezidentə məktub ünvanlayıb
Siyasət 15:30
Pəncəli Teymurovun anası Prezidentə məktub ünvanlayıb
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol