• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı

“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı
18.11.2024 13:11
Sərfəlilik strategiyası ilə yanaşı, sosial məsuliyyət prinsiplərinə də önəmlə yanaşan "Nar”ın dəstəyi ilə jurnalistlər üçün təşkil olunan ekologiya mövzusunda beynəlxalq təlim uğurla yekunlaşıb. "Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin təşkil etdiyi təlimin sonunda iştirakçılara beynəlxalq eko-sertifikatlar təqdim edilib. Təlim nəticəsində media nümayəndələri COP29 konfransında daha hazırlıqlı iştiraklarını təmin ediblər.
 
İki gün davam edən onlayn sessiyalardan sonra təlimin son günündə təlimçi – ekologiya mövzusu üzrə beynəlxalq ekspert və COP konfranslarının daimi iştirakçısı Tais Gadea Lara jurnalistlərlə səhər yeməyində görüşüb. Görüş zamanı Lara və media əməkdaşları ölkəmizin ev sahibi olduğu COP29 konfransı ilə bağlı müzakirələr aparıb, təəssüratlarını bölüşüblər.
 
Qeyd edək ki, 3 gün davam edən təlimdə media nümayəndələrinə qlobal istiləşmə, iqlim dəyişikliyi layihələrinin hazırlanması və büdcə idarəetməsi barədə geniş məlumat verilib. Bu biliklər jurnalistlərin hazırda davam edən COP29 konfransında müzakirə olunan mövzulara daha dərindən yanaşmalarına və ekoloji mövzuları mediada peşəkar şəkildə işıqlandırmalarına imkan yaradıb.
 
"Nar” bu təşəbbüsü ilə ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) prinsiplərinə və iqlim dəyişikliyi ilə mübarizədə medianın maarifləndirici roluna dəstəyini nümayiş etdirir. Mobil operatorun korporativ sosial məsuliyyət çərçivəsində gerçəkləşdirdiyi bütün layihələr haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz.  
 
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Gizir Xanı”ya şəhidlik statusu verilib
Cəmiyyət 22:29
“Gizir Xanı”ya şəhidlik statusu verilib
Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir - Emin Əmrullayev
Cəmiyyət 21:51
Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir - Emin Əmrullayev
Gömrük generalı təqaüdə göndərilib
Cəmiyyət 21:35
Gömrük generalı təqaüdə göndərilib
Şabranda qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 21:30
Şabranda qanunsuz ov edən şəxs saxlanılıb
Xaçmazın 27 kəndində qaz olmayacaq
Cəmiyyət 20:58
Xaçmazın 27 kəndində qaz olmayacaq
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:55
Bakıda avtomobil yanıb
Sumqayıtda azyaşlı uşaq tapılıb - Valideynləri axtarılır
Cəmiyyət 19:05
Sumqayıtda azyaşlı uşaq tapılıb - Valideynləri axtarılır
Çindən gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb - BİRGƏ MƏLUMAT
Cəmiyyət 18:44
Çindən gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb - BİRGƏ MƏLUMAT
Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib
Cəmiyyət 18:30
Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol