• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

Neft Fondundan transferlərin artımı Ermənistanın silahlanması ilə bağlıdır - nazir

Neft Fondundan transferlərin artımı Ermənistanın silahlanması ilə bağlıdır  - nazir
18.11.2024 14:46
2024-cü ildə Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin keçən illə müqayisədə  artması   müdafiə xərclərinin yüksəlməsi ilə bağlıdır. Bunu Azərbaycan maliyə naziri Samir Şərifov bildirib. 
 
"Neft Fondunun transfertləri büdcənin  gəlir hissəsində keçən illə müqayisədə 228 milyon manat artıb. Bu artım əsasən Ermənistanın militarizasiyasına cavab olaraq müdafiə xərclərinin artırılması göstərişinə uyğun olaraq həyata keçirilir", -  nazir bildirib.
 
O həmçinin bildirib ki, 2025-ci ildə neft sektorundan gəlirlərin 750 milyon manat azalacağı gözlənilir.
 
"Bu, neft yataqlarının tükənməsi ilə əlaqədardır və uzun müddətdir istismar olunmaları bu azalmanı şərtləndirir",  nazir bildirib. 
 
Şərifovun sözlərinə görə, fiskal orqanların fəaliyyəti və dövlətin stimullaşdırıcı tədbirləri sayəsində qeyri-neft sektorunda da müsbət dəyişiklər müşahidə olunur və  bu sektordan əlavə olaraq 960 milyon manat vergi daxil olub.
 
Neftin qiymətinə gəlincə nazir bildirib ki, müəyyən risklərə baxmayaraq, hazırda neftin dünya bazarında qiyməti proqnoz səviyyəsindən aşağı deyil.
 
"Əsas proqnozlar mötəbər təhlillərə və böyük neft şirkətlərinin qiymətləndirmələrinə əsaslanır",  - nazir bildirib.
 
2025-ci ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 70 dollar nəzərdə tutulub.
 
N.Təbrizli 
.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol