• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

Ceyhun Bayramov ATƏT PA-nın vitse-prezidenti ilə görüşüb

Ceyhun Bayramov ATƏT PA-nın vitse-prezidenti ilə görüşüb
18.11.2024 18:20
18 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfər edən ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Pere Xuan Pons Sampietro ilə görüşüb.Bu barədə XİN-dən bildirilib.
 
Görüşdə Azərbaycan və ATƏT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, regional vəziyyət, habelə COP29 çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər Azərbaycan ilə ATƏT PA arasında intensiv dialoqun mövcudluğunun məmnunluq doğurduğunu, parlament diplomatiyasının, o cümlədən bu çərçivədə qarşılıqlı səfərlərin ümumi maraq kəsb edən məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu bildiriblər.

İqlim dəyişikliyi təhdidinin insan təhlükəsizliyi və dayanıqlı inkişafa hədə olduğu, iqlim dəyişikliyinin bölgədə və dünyada müşahidə olunan fəsadlarının aradan qaldırılması səylərinin gücləndirilməsi və bu istiqamətdə ən həssas qrupların dəstəklənməsinin COP29 sədrliyimizin prioriteti olduğu bildirilib.

Sədrliyimiz çərçivəsində aparılan danışıqlar prosesində əldə olunan bir sıra uğurların, xüsusilə sessiyanın gündəliyinin ilk gündən razılaşdırılması, Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılıq əldə edilməsi və maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılmasının məmnunluq doğurduğu qeyd edilib.

Qarşı tərəf, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ermənistanın hərbi işğalının nəticələri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə regional sülh prosesinin gedişatı barədə məlumatlandırılıb.

Vitse-prezident COP29 sədrliyi münasibətilə Azərbaycanı təbrik edib, sədrlik fəaliyyətində uğurlar arzu edib. ATƏT çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə səylərinə əhəmiyyət verildiyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zakir Həsənov ABŞ Mərkəzi Komandanlığının komandanı ilə görüşüb - Video
Siyasət 20:08
Zakir Həsənov ABŞ Mərkəzi Komandanlığının komandanı ilə görüşüb - Video
Prezident ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib
Siyasət 19:10
Prezident ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib
Sahibə Qafarova İsveçrəyə səfərə gedib
Siyasət 18:18
Sahibə Qafarova İsveçrəyə səfərə gedib
Estoniya XİN Azərbaycanı təbrik edib
Siyasət 17:30
Estoniya XİN Azərbaycanı təbrik edib
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
Siyasət 16:10
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
Şamil Rzayev ANAMA sədrinə I müavin təyin olunub
Siyasət 16:06
Şamil Rzayev ANAMA sədrinə I müavin təyin olunub
Prezidentdən Xəzər dənizinin dayazlaşması ilə bağlı - Açıqlama
Siyasət 12:01
Prezidentdən Xəzər dənizinin dayazlaşması ilə bağlı - Açıqlama
Prezident Qazaxıstan mediasına müsahibə verib
Siyasət 11:44
Prezident Qazaxıstan mediasına müsahibə verib
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Siyasət 10:01
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol