• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

Şamaxıda yol çöküb

Şamaxıda yol çöküb
26.11.2024 20:19
Bu günlərdə Şamaxıda Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda çökmə baş verib.
 
Modern.az xəbər verir ki, torpaq sürüşməsi nəticəsində yolun bəzi yerləri dağılıb, asfalt örtüyündə çökmələr və iri çatlar əmələ gəlib. Dörd kəndi birləşdirən bu yolda il ərzində üçüncü dəfədir ki, torpaq sürüşməsi baş verir.
 
Yolun bəzi hissələrində hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, yolda 4-5 metr uzunluğunda iri və xırda çatlar əmələ gəlib. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq, iri qabarmalar yaranıb.
 
Sis kəndinə gedən avtomobil yolu da sürüşməyə məruz qalıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş çətinləşib. Sakinlərin sözlərinə görə, sürüşmə hər gün davam edir.

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zaqatalada mehmanxanada yanğın olub
Cəmiyyət 09:02
Zaqatalada mehmanxanada yanğın olub
Adil Kərimli Omanda görüş keçirib
Cəmiyyət 23:59
Adil Kərimli Omanda görüş keçirib
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 23:30
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Səfir Rəsulzadənin məzarını ziyarət edib
Cəmiyyət 23:00
Səfir Rəsulzadənin məzarını ziyarət edib
Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirildi
Cəmiyyət 21:00
Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirildi
Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Cəmiyyət 20:00
Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Bakıda ilk dəfə elektron qaydada eksternat imtahanları keçirildi
Cəmiyyət 19:30
Bakıda ilk dəfə elektron qaydada eksternat imtahanları keçirildi
Azərbaycanda asfalt istehsalı 2025-ci ildə 30%-dən çox artıb
Cəmiyyət 18:00
Azərbaycanda asfalt istehsalı 2025-ci ildə 30%-dən çox artıb
Bakıda mənzildə meyit tapılıb
Cəmiyyət 17:30
Bakıda mənzildə meyit tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol