• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Azərbaycanda 84 polis işdən kənarlaşdırılıb

Azərbaycanda 84 polis işdən kənarlaşdırılıb
29.05.2020 04:22
Ötən il Azərbaycanda 84 polis əməkdaşı işdən qovulub.APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov nazirlikdə bu gün keçirilən kollegiya iclasında bildirib. O, qeyd edib ki, ötən il polis əməkdaşları tərəfindən döymə, işgəncə vermə, qanunsuz axtarış aparma, tabel silahından qanunsuz istifadə etmə halları qeydə alınmayıb. İnsan hüquq və azadlıqlarının pozulması məzmunlu şikayətlər hərtərəfli və obyektiv araşdırılıb, təsdiqlənmiş faktlar üzrə qanuni qərarlar qəbul edilib. Belə ki, daxili nəzarət qaydasında həyata keçirilən tədbirlərlə vətəndaşlarla kobud rəftara görə 118, əsassız saxlamaya görə 35, əsassız polisə gətirməklə bağlı 28 fakt üzrə 341 əməkdaş barəsində müvafiq tənbeh tədbirləri görülüb. Korrupsiya hüquqpozmaları ilə əlaqədar aşkarlanmış 66 fakt üzrə intizam məsuliyyətinə cəlb olunmuş 106 əməkdaşdan 84-ü xidmətdən xaric edilib, 20-si aşağı vəzifəyə keçirilib, 2-si barədə digər tənbeh növləri tətbiq edilib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Siyasət 22:25
Prezident Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Tehrandakı səfiri İranın XİN başçısının müavini ilə görüşüb
Siyasət 20:32
Azərbaycanın Tehrandakı səfiri İranın XİN başçısının müavini ilə görüşüb
Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər
Siyasət 18:30
Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər
Vətən müharibəsindən bəri 397 nəfər mina qurbanı olub - XİN
Siyasət 17:10
Vətən müharibəsindən bəri 397 nəfər mina qurbanı olub - XİN
Azərbaycan XİN Xorvatiyanı təbrik edib
Siyasət 20:10
Azərbaycan XİN Xorvatiyanı təbrik edib
İlham Əliyev BƏƏ liderinə zəng edib
Siyasət 19:19
İlham Əliyev BƏƏ liderinə zəng edib
Həsənov hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı tapışırıqlar verib
Siyasət 14:31
Həsənov hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı tapışırıqlar verib
Milli Məclisin növbədəkənar iclası keçiriləcək
Siyasət 13:53
Milli Məclisin növbədəkənar iclası keçiriləcək
Milli Məclis yaz sessiyasında 65 qanun qəbul olunub
Siyasət 13:49
Milli Məclis yaz sessiyasında 65 qanun qəbul olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol