• $
  • £

TikTok-un baş direktoru Avropa Parlamentinə çağırılıb

TikTok-un baş direktoru Avropa Parlamentinə çağırılıb
27.11.2024 00:18

Avropa Parlamenti TikTok-un Rumıniyadakı prezident seçkilərinəi roluna dair suallara cavab tələb edib.


"Azadlıq Radiosu"nun məlumatına görə, birinci turda məşhur TikTok istifadəçisi və ultrasağçı populist Kalin Jorjesku qalib gəlib. Rumıniyada prezidentliyə namizəd olan Jorjesku TikTok-da böyük izləyici kütləsinə sahibdir.


Tədqiqatçılar səsvermədən əvvəl minlərlə saxta hesabın gizli aktivliyini aşkar etdiklərini bildiriblər. Prezidentliyə digər namizəd, lakin ikinci tura keçə bilməyən Rumıniyanın Baş naziri Marçel Çolaku, Jorjeskunun TikTok-dakı kampaniyasının maliyyələşdirilməsinin araşdırılmalı olduğunu deyib.


Jorjeskunun heç bir partiya dəstəyi olmamasına baxmayaraq, seçkilərə yaxın günlərdə TikTok-da apaardığı böyük kampaniya diqqət mərkəzindədir. Sorğular onun populyarlığını göstərməsə də, tədqiqatçılar TikTok-da "minlərlə saxta hesabın dalğasını" müşahidə etdiklərini iddia edirlər.


"Biz TikTok-un baş direktorunu çıxış etməyə və platformasının Rəqəmsal Xidmətlər Qanununu pozmadığını təmin etməyə çağırırıq," -  Avropa Parlamentinin deputatı Valeri Hayer bildirib.


TikTok-un Rumıniya seçkilərindəki mümkün rolu ilə bağlı şərh verməkdən imtina etdiyi bildirilir. TikTok-un sahibi Çin şirkəti ByteDance-dir.

 

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol