• $
  • £

Aİ ilk dəfə Çin şirkətlərini qara siyahıya sala bilər

Aİ ilk dəfə Çin şirkətlərini qara siyahıya sala bilər
28.11.2024 12:33
Avropa İttifaqı ilk dəfə olaraq Çin şirkətlərini Rusiya Federasiyasına qarşı sanksiyaların qara siyahısına daxil edə bilər. Bu barədə EUobserver məlumat yayıb. 

Ehtimal olunur ki, bu tədbir noyabrın 27-də müzakirələrə başlanan 15-ci sanksiyalar paketi çərçivəsində həyata keçirilə bilər. İnformasiya portalının məlumatına görə, ikisi Honq-Konqda qeydiyyatda olan Çinli sahibkar və Çindən olan altı şirkət qara siyahıya salınacaq. Onların hansı əsaslarla bu siyahıya daxil ediləcəyi açıqlanmır.

Əvvəllər Avropa İttifaqı Çin şirkətlərini və ya fiziki şəxsləri yalnız Aİ-nin boz siyahısına, yəni əlavə nəzarət tələb edən şirkətlər siyahısına daxil edirdi.

Bundan əvvəl Avropa İttifaqının 45-dən çox Rusiya neft tankerinə qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğu bildirilirdi.

Bundan əlavə, AK 50-dən çox şəxsə və təxminən 40 təşkilata sanksiya tətbiq etmək, onların aktivlərini dondurmaq və səyahət qadağası tətbiq etmək niyyətindədir.

Aİ, 15-ci paketin bir hissəsi olaraq, Rusiyaya pilotsuz təyyarələrin istehsalı üçün bəzi hissələri tədarük edən rus hərbi istehsalçılarına və bir sıra Çin firmalarına qarşı məhdudiyyətlər tətbiq etməyi gözləyir. Neft nəqli üzrə ixtisaslaşmış Rusiya şirkətlərinə də sanksiyalar tətbiq oluna bilər.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol