• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

"Qarabağ" - "Lion"a məğlub olub - Yenilənib

28.11.2024 23:38
"Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində Fransa təmsilçisi "Lion”a 1:4 hesabı ilə məğlub olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 15-ci dəqiqədə qonaqlar açıb. 63,68 və 80-cı dəqiqələrdə qonaqlar yenidən hesabda önə çıxıblar.
 
Görüşdə yekun hesabı isə Ağdam təmsilçisinin heyətində Juninyo müəyyənləşdirib. Hücumçu 87-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

"Qarabağ" Avropa Liqasında növbəti oyununu dekabrın 12-də İsveç təmsilçisi "Elfsborq”a qarşı keçirəcək.

 21:45

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyunu start götürüb.

Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.


 21:10

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda baş tutacaq "Qarabağ” – "Lion" (Fransa) matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Qarabağ": Mateuş Koxalski, Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Patrik Andrade, Yankoviç, Yassin Benzia, Aleksey Kaşuk, Abdullah Zubir, Juninyo.

"Lion": Remi Deşam, Nikolas Talyafiko, Omari, Due Çaleta-Tsar, Naylz, Rayan Çerki, Tanner Tessmann, Cordan Veretu, Ernest Nuama, Jorj Mikautadze, Fofana.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ruzanna Məmmədova Avropa çempionu olub
İdman 22:33
Ruzanna Məmmədova Avropa çempionu olub
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
İdman 22:47
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
İdman 09:24
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
İdman 20:43
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
İdman 09:36
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
İdman 22:15
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
UFC Bakıda ilk dəfə keçirilir
İdman 10:18
UFC Bakıda ilk dəfə keçirilir
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
İdman 16:12
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
İdman 19:00
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol