• $
  • £

Sahibkarlar üçün edilən güzəştlər vergi fəlsəfəsinə uyğun olmalıdır - Deputat

Sahibkarlar üçün edilən güzəştlər vergi fəlsəfəsinə uyğun olmalıdır - Deputat
29.11.2024 16:04
Sahibkarlar üçün edilən güzəştlər vergi fəlsəfəsinə uyğun olmalıdır. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 
 
"Məsələn Qarabağda sahibkar investisiya qoyduğu zaman vergi güzəştləri əldə edir. Amma ondan bir neçə km uzaqda olan sahibkarın vergi öhdəliyi var. Nəticədə eyni məhsulu istehsal edən sahibkarlar arasında rəqabət pozulur. Heab edirəm ki, bu vergi fəlsəfəsinə uyğun olmalıdır. Rəqabətə təşviq edilməlidir. Vergi Məcəlləsində bu məsələyə baxılması yaxşı olar", - deputat noyabrın 29-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib. 
 
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deputata cavab olaraq bildirib ki, işğaldan azad olunmuş ərazilərdə olan güzəştlərin məqsədi və müddəti var. 
 
"Burada bizim açar sözümüz ərazidir. Düşünürəm bu daha vacibdir. Məqsədimiz məhsul istehsalında rəqabəti təmin etmək deyil. Məqsəd odur ki, orada daha çox məhsul istehsal olunsun və əhali ora köçsün", - nazir müavini bildirib. 
 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva da söyləyib ki, Qarabağla güzəştlərlə bağlı Prezident tərəfindən proqram tətbiq olunub və hazırda icra edilən güzəştlər o proqram əsasında olur. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol