• $
  • £

Jurnalist yeddi il müddətinə həbs olunub

Jurnalist yeddi il müddətinə həbs olunub
29.11.2024 17:09
Pekin məhkəməsi Çinin Kommunist Partiyası ilə əlaqəli Guangming Daily qəzetinin bir bölməsinin keçmiş müavini və redaktoru Dun Yüyüyə casusluq ittihamı ilə 7 il həbs cəzası verib. Bu barədə Reuters onun ailəsinin açıqlamasına istinadən məlumat yayıb.

Dun Yüyü 2022-ci ildə yaponiyalı bir diplomatla nahar edərkən saxlanılıb. Xüsusi xidmət orqanları yapon diplomatı bir neçə saat saxlayıb ki, bu da Yaponiya Xarici İşlər Nazirliyinin etirazlarına səbəb olub. Dun Yüyünün ailəsinin məlumatına görə, hökm sənədində jurnalistin görüşdüyü iki yapon diplomatı "casus təşkilatının agentləri" adlandırılıb. Dun Yüyü peşə fəaliyyəti ilə əlaqədar mütəmadi olaraq xarici diplomatlar və jurnalistlərlə görüşüb.

O, Guangming Daily qəzetində 1987-ci ildən çalışıb. Öz köşələrində birbaşa olaraq ÇXR rəhbərliyini tənqid etmədən mülayim islahatlar tərəfdarı olub.
 
2007-ci ildə Harvard Universitetində Neyman təqaüdü alıb və sonradan Yaponiyanın universitetlərində dəvətli müəllim kimi fəaliyyət göstərib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol