• $
  • £

Moskvada miqrantlara QR kodlu xüsusi şəxsiyyət vəsiqələri veriləcək

Moskvada miqrantlara QR kodlu xüsusi şəxsiyyət vəsiqələri veriləcək
29.11.2024 18:56
Moskvada miqrantlar üçün şəxsi məlumatları və QR kodu olan xüsusi şəxsiyyət vəsiqələri tətbiq ediləcək.

APA xəbər verir ki, miqrantlar üzərində arayış şəklində yeni nəzarət tədbiri həyata keçiriləcək. Sənəddə bütün lazımi məlumatlar olacaq: tam adı, doğum tarixi, cinsi, vətəndaşlığı, imza nümunəsi, patentin nömrəsi və etibarlılıq müddəti.

Şəxsiyyət vəsiqəsi elektron çip və QR kodu olan plastik kartdır. Vəsiqədə QR kodun olması səbəbindən onu saxtalaşdırmaq mümkün olmayacaq - bütün məlumatlar Daxili İşlər Nazirliyinin serverlərində saxlanılacaq.
Yenilik polisə əcnəbinin identifikasiyasını sürətləndirməyə, həmçinin onun barmaq izi kimi məcburi prosedurları yoxlamağa kömək edəcək. Sənəd cinayət törətmiş miqrantların axtarışına da kömək edəcək. Vəsiqə Çoxfunksiyalı Miqrasiya Mərkəzində 14 yaşdan yuxarı bütün əcnəbilərə veriləcək.

Dekabrın 1-dən Moskva hava limanlarında Belarus vətəndaşları istisna olmaqla, bütün əcnəbilər üçün biometrik nəzarət tətbiq olunacaq.Eksperimentin nəticələrinə əsasən qanunvericiliyə dəyişikliklər ediləcəyi bildirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol