• $
  • £

Bu ölkə evtanaziyanı qanuniləşdirəcək

Bu ölkə evtanaziyanı qanuniləşdirəcək
29.11.2024 21:42
Böyük Britaniya deputatları evtanaziyanın qanuniləşdirilməsini nəzərdə tutan layihəni ikinci oxunuşda təsdiqləyiblər.

"Report"un məlumatına görə, Britaniya parlamentinin aşağı palatası olan İcmalar Palatasında 330 xalq nümayəndəsi qanun layihəsinin lehinə, 275-i isə əleyhinə çıxıb.

Qanun layihəsi baxılmaq üçün parlament komitələrinə göndəriləcək və bu proses iki ilə qədər çəkə bilər.

Evtanaziyanın leqallaşdırılması məsələsi sonuncu dəfə 2015-ci ildə İcmalar Palatasında səsverməyə çıxarılsa da, 331 deputat qanun layihəsinin əleyhinə çıxıb.

Qanun layihəsinin tərəfdarları hesab edirlər ki, bu, ağır xəstələrin əziyyətini yüngülləşdirməyə kömək etmək məqsədi daşıyır.Prosedur ciddi şəkildə iki həkimin tövsiyəsi ilə və məhkəmənin qərarı olduqda, həmçinin yalnız altı aydan az ömrü olan şəxslər üçün həyata keçiriləcək.
 
Qanun layihəsinin əleyhdarları maddi səbəblərdən zəif insanların ölümə məcbur edilməsi riskini qeyd edirlər. Bundan əlavə, bir sıra qanunvericilər dini inanclarına görə bunun əleyhinə səs veriblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol