• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

İsrail "Hesbolla"ya məxsus avtomobillərə atəş açıb

İsrail
02.12.2024 17:37
"Hizbullah" atəşkəs razılaşmalarını pozduğuna görə, İsrail ordusu bu təşkilata məxsus avtomobillərinə hücum edib. Bu barədə İsrail mətbuatı məlumat verib. 

"Bu əməliyyatlar çərçivəsində İDF (İsrail Müdafiə Qüvvələri) "Hizbullah" terror təşkilatına məxsus raket istehsalı ilə bağlı terror infrastrukturuna yaxın ərazilərdə fəaliyyət göstərən bir sıra hərbi avtomobillərə, həmçinin Suriyə və Livan arasındakı sərhədin yaxınlığındakı Əl-Harmələdə yerləşən obyektlərdəki hərbi avtomobillərə hücum edib. Bu obyektlər silah daşınması üçün istifadə olunub və İsrail Dövlətinə qarşı təhdid yaradırdı, razılaşmaları pozurdu.

Bir hücum zamanı Livan ordusunun bir hərbçisinin xəsarət aldığı iddiaları məlumdur, insident araşdırılır.

Bundan əlavə, İDF gün ərzində Cənubi Livan bölgəsində "Hizbullah" terror təşkilatının bir sıra döyüşçülərindən gələn təhlükəni aradan qaldırmaq üçün hücumlar həyata keçirib.
 
"İDF Cənubi Livanda yerləşir və İsrail Dövlətinə təhdid yaradan hər hansı bir təhlükəyə qarşı fəaliyyət göstərir", — İDF-in mətbuat xidməti bəyan edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Dünya 09:41
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Trampa sui-qəsd təhlükəsi ilə bağlı istintaq aparılır
Dünya 08:28
Trampa sui-qəsd təhlükəsi ilə bağlı istintaq aparılır
Luvrda gündüz saatlarında zinət əşyaları oğurlandı, araşdırma davam edir
Dünya 08:21
Luvrda gündüz saatlarında zinət əşyaları oğurlandı, araşdırma davam edir
ŞKTR-dəki prezident seçkilərində Tufan Erhürman qalib gəlib - Yenilənib
Dünya 22:30
ŞKTR-dəki prezident seçkilərində Tufan Erhürman qalib gəlib - Yenilənib
Hakan Fidan Lüksemburqda Aİ-nin ali nümayəndəsi ilə görüşüb
Dünya 20:17
Hakan Fidan Lüksemburqda Aİ-nin ali nümayəndəsi ilə görüşüb
Tbilisidəki etiraz aksiyaları ilə əlaqədar 14 nəfər saxlanılıb
Dünya 19:20
Tbilisidəki etiraz aksiyaları ilə əlaqədar 14 nəfər saxlanılıb
İsrail ordusu Qəzza sakinlərini təxliyə etməyə çağırıb
Dünya 18:25
İsrail ordusu Qəzza sakinlərini təxliyə etməyə çağırıb
Luvrdan Napoleon və imperatriçanın zinət əşyaları oğurlanıb
Dünya 14:56
Luvrdan Napoleon və imperatriçanın zinət əşyaları oğurlanıb
Almaniya Gürcüstandakı səfirini geri çağırıb
Dünya 14:35
Almaniya Gürcüstandakı səfirini geri çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol