Səfir Cahit Bağçını Birol Akgün əvəz edəcək

Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
O, bundan öncə Türkiyə Maarif Fondunun sədri olub.
Türkiyənin Azərbaycandakı səfiri 2021-ci ildən Cahit Bağçı olub.
Türkiyənin Azərbaycandakı səfirliyi hələlik bununla bağlı hər hansı rəsmi açıqlama verməyib.
Aytac
www.anews.az