• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Azərbaycanda yeni assosiasiya təsis edilib

Azərbaycanda yeni assosiasiya təsis edilib
03.12.2024 19:46
Azərbaycanda  fəaliyyət göstərən xaricdə təhsil təklif edən şirkətlər Azərbaycan Xaricdə Təhsil Şirkətləri Assosiasiyasını (ASAC) təsis edib. Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, "Ramada Baku Hoteli”nin konfrans zalında baş tutan yığıncaqda 15 təhsil mərkəzinin nümayəndəsi iştirak edib və mühüm qərarlar qəbul olunub.

Yığıncaqda ASAC-ın rəhbərliyi seçilib. İştirakçıların yekdil qərarlı ilə Bəxtiyar Nəcəfov sədr, Mikayıl Mirzəzadə və Miryusif Cavadzadə isə sədr müavini seçiliblər. Eyni zamanda adıçəkilən şəxslər İdarə Heyətində təmsilçilik hüququ qazanıblar. Pərviz İsmayıllı, Fərid Həsənzadə və Kənan Kərimov isə assosiasiyanın Nəzarət Təftiş Komissiyasının (NTK) üzvləri seçiliblər. Rəhbərliyin rotasiya qaydasında davamlı yenilənməsi qərara alınıb.

Qeyd olunur ki, assosiasiyanın yaradılmasında məqsəd xaricdə təhsil təklif edən şirkətlər arasında faydalı və qarşılıqlı əlaqələrin inkişafına, xaricdə təhsil səviyyəsinin artırılmasına, keyfiyyət, şəffaflıq və peşəkarlığın yüksəldilməsinə nail olmaqdır. Abituriyentlərə və onların valideynlərinə etibarlı və şəffaf təhsil dəstəyi təqdim etməklə yanaşı, xaricdəki təhsil qurumları ilə beynəlxalq protokollara uyğun fəal əməkdaşlıq da qurumun əsas missiyasıdır.

Xaricdə təhsil sahəsində təhsil müəssisələri ilə əməkdaşlıq, sektorda şəffaflığı artırmaq, tələbələr üçün daha əlverişli şərait yaratmaq və xidmət standartlarını yüksəltmək qurumun başlıca prinsiplərindən biridir. Təşkilat fəaliyyətini təkcə bu sahədə inkişafla məhdudlaşdırmır, habelə Azərbaycanın beynəlxalq təhsil bazarında mövqeyinin gücləndirilməsi istiqamətində də fəaliyyət göstərəcək.

Müxtəlif təhsil sərgiləri, seminarlar və təcrübə mübadiləsi vasitəsilə, tələbələrə və valideynlərinə xaricdə təhsil haqqında ətraflı məlumatlar təqdim ediləcək, onların qərarvermə prosesini asanlaşdırmaq üçün müxtəlif layihələr icra olunacaq.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Biləsuvarda qəza- 4 nəfər xəsarət aldı
Cəmiyyət 18:16
Biləsuvarda qəza- 4 nəfər xəsarət aldı

Göyçayda qamışlıq ərazidə yanğın
Cəmiyyət 17:44
Göyçayda qamışlıq ərazidə yanğın
DYP yağıntılı hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Cəmiyyət 17:02
DYP yağıntılı hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Gəncədə qadın Nizami məqbərəsində körpüdən yıxılıb
Cəmiyyət 16:25
Gəncədə qadın Nizami məqbərəsində körpüdən yıxılıb

Tərtərdə qəza- 2 qardaş ölüb
Cəmiyyət 15:43
Tərtərdə qəza- 2 qardaş ölüb

Lənkəranda mikroavtobus 42 yaşlı qadını vurub
Cəmiyyət 14:46
Lənkəranda mikroavtobus 42 yaşlı qadını vurub
Xəzərdə zəlzələ olub
Cəmiyyət 14:25
Xəzərdə zəlzələ olub

Bu yolda sürət həddiendirilib
Cəmiyyət 14:14
Bu yolda sürət həddiendirilib

Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılıb
Cəmiyyət 14:00
Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol